FACT-INFO.AZ » AKTUAL » Hüseyn Cavidin ömür yoluna və repressiya tarixinə qısaca nəzər salaraq
24-10-2025, 20:00 | AKTUAL
Hüseyn Cavidin ömür yoluna və repressiya tarixinə qısaca nəzər salaraq
Hüseyn Cavid haqqında yetərincə yazılıb, araşdırmalar aparılıb. Cavidlə bağlı çox dərin tədqiqatlar aparıb, cəmiyyəti yetərincə məlumatlandıran həmin şəxslərə sonsuz ehtiramımızı bildiririk. İndi isə böyük ustadla bağlı bəzi məqamlara yenidən nəzər salaq.
Ulu Cavidin həyatı, ömür yolu rahat keçmir. Təqiblər, repressiya, həbs, sürgün, bu, şəxsiyyətin həyatının davamı olur. Sonu yox. Çünki elə insanlar var həyatda cismani olaraq olmasalar da, ruhən, öz yaradıcılığı ilə qəlblərdə yaşayırlar.
Professor Cəlal Qasımov yazır: “H.Cavidin ömür yoluna nəzər salsaq görərik ki, o, 4 epoxa yaşayıb: Çar Rusiyası dövrü, Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Sovet dövrü və növbəti mərhələ kimi, NKVD-dəki məhbəs həyatı dövrü. Maraqlıdır ki, bu dövrlərin heç biri Cavidi dəyişdirə, ikiləşdirə, bütövlüyünə xələl gətirə bilməmişdi. İstintaq materiallarından da aydın olur ki, o, heç kim haqqında “donos” yazmamış, heç kimin üzünə durmamış, heç kimə böhtan atmamışdır. Hətta onun öz üzünə duranlara qarşı da çıxmamış və həmişə Cavid bütövlüyünü, Cavid əxlaqını, Cavid dəyanətini qoruyub saxlamışdır. Onun ilk təxəllüslərindən biri olan (Salik) və son (Cavid) təxəllüsü də ədibin xarakter bütövlüyündən, dəyişməzliyindən xəbər verir. [ C.Qasımov “Birinci Türkoloji Qurultay: Şahidlər və Şəhidlər” kitabı, Bakı, 2019]
3 iyun 1937-ci ildə Sumbatovun imzası ilə qərara alınır: ―12493 saylı işlə əlaqədar olaraq təhlükəsizlik leytenantı Klemençiçin təqdimatı ilə qanunsuz əksinqilabi, millətçi təşkilatda iştirak etdiyinə görə, Hüseyn Cavid Rəsizadə Azərbaycan c/m 72-73 maddələri ilə həbs edilib.
1937-ci ilin 3 iyun gecəsi. Həmin 3 iyun gecəsi balaca evin daxması döyülür. (Həmin ev hazırda Əlyazmalar institutunun yerləşdiyi binada Hüseyn Cavidin ev-muzeyi kimi qorunur) Əvvəlcə, Cavid əfəndi, sonra isə Müşkünaz xanım səksəkəli halda oyanır.Qapını açan şair DTK zabiti Pavlovla qarşılaşır. Vəssəlam, bu da son... Artıq hər şey məlum idi. “Evinizdə axtarış aparmalıyıq” deyilir və içəri hərbi formada olan başqa bir neçə nəfər də daxil olur. Məram-məqsəd hamıya aydın idi.
“Axtarın, axtarın, hər yeri axtarın” deyə qışqıran Pavlovun səsi onu yenidən bu dar otağa qaytarır. Artıq uzatmağın bir mənasının da olmadığını görüb Cavid əfəndiyə hazırlaşmağını və onlarla gəlməyini buyururlar. Yalnız indi eynəyini gözünə taxa-taxa, yuxulu halda otağa gələn oğlu Ərtoğrul nələrin baş verdiyini anlamır. Qızı Turan isə şirin-şirin yatır. Beləcə, böyük Cavid əfəndi bu otağı tərk edir...
Cavidin həyat yoldaşı Müşkinaz xanım Hüseyn Cavidin həbsindən sonra tikiş sexində işləmiş, mənzilləri əlindən alınmış, məşəqqətli günlər yaşamışdır. Lakin bu qeyrətli qadın bütün əzab-əziyyətlərə mərdliklə sinə gərərək ərinin şərəf və ləyaqətini uca tutmuşdur. Cavidin həyat yoldaşı Müşkinaz xanım “Cavidi xatırlayarkən” (Müşkinaz Cavid “Cavidi xatırlayarkən”, Bakı, 1976) kitabında yazırdı: “3 iyun həmişəki kimi şad və gülərüz Cavid saat 10-da “Salamat qal”, — deyib evdən çıxdı”.
Araşdırmaçı Aslan Kənan özünün repressiya qurbanlarından bəhs edən tədqiqat kitabında yazır: “13.03.1938-ci ildə “Azərnəşr-”də tərcüməçi işləyən, şair Mikayıl Rzaquluzadəni dindirmək üçün DTK-ya dəvət edirlər. Bu təsadüfi çağırış deyildi. Artıq onlara məlum idi ki, H. Cavid, M. Müşfiq və başqaları haqqında Yazıçılar İttifaqında müxtəlif fikirlər formalaşmaqdadır. Bunu yaxşı dərk edən xüsusi şöbənin əməkdaşları ittifaqın üzvlərindən istifadə etməyi qarşılarına məqsəd qoyurlar... Böyük ehtimalla Rzaquliyev DTK-nın zirzəmisindəki izahatında aşağıdakıları deməyə məcbur edilir: “H.Cavidlə 1926-cı ildən tanış olsam da, lakin onunla 1933-cü ildən yaxınlıq etmişəm. H. Cavidlə yaxınlıq etdiyim gündən onu bir əksinqilabi, burjua-millətçi kimi tanımışam. O ədəbi yaradıcılığını Türkiyəyə tərəf yönəltdiyini bildirmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulanda H.Cavid yazıçı, şair və dramaturq kimi yazılarında sovet həqiqətlərini düzgün əks etdirmir, əsərlərini bir əksinqilabi, millətçilik ruhunda qələmə alaraq, sovet mövzusunun əksinə yönəldirdi. O, “Peyğəmbər”, “İblis”, “Səyavuş”, “Topal Teymur” və s. kimi əsərlərini panislamizm, pantürkizm şəkildə yazmış, Osmanlı ideologiyasını həmişə tərifləmişdi. Onun bu əsərlərini Türkiyə mətbuatı xüsusi diqqət mərkəzində saxlayırdı”.[ A.Kənan “XX əsrdə repressiyaya məruz qalanlar”, 2011]
Azərbaycanda Cavid şəxsiyyətinə, yaradıcılığına ehtiramın olduğunu qeyd edən akademik İsa Həbibbəyli yazır: “Hüseyn Cavid sovet rejiminin ən sərt təzyiqləri şəraitində belə mənən sarsılmayaraq şəxsiyyətinin bütövlüyünü ləyaqətlə qorumuşdur. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşinin 40 il öncə uzaq Sibirdən vətəninə gətirilməsi və məzarı üzərində məqbərənin ucaldılması adı sovet totalitarizminin günahsız qurbanlarının” rəmzinə çevrilmiş sənətkarın və ...Repressiyalara uğramış Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir. İndi Hüseyn Cavidin yubileyi dahi şair-dramaturqun arzu etdiyi müstəqil Azərbaycan dövlətində və onun özünün ərazi bütövlüyünə qovuşmuş və inkişaf etmiş azad vətənində qeyd olunur”.[ https://anl.az/down/H.Cavid.bib.pdf]
Ulu Cavidin oğlu Ərtoğrul haqqında qısa məlumatla fikrimizi yekunlaşdıraq: Ərtoğrul Hüseyn Cavid oğlu 22 noyabr 1919-cu ildə Bakıda anadan olub. Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) Fərqlənmə diplom ilə bitirib. (1940). Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında 1941-1942-cı illərdə Ü. Hacıbəylinin sinfində təhsil alıb. İlk böyük əsəri fortepiano üçün yazılımış “9 Lariasiya” dır. (1941—1942 Ü. Hacıbəyliyə ithaf olunub) . Skripka ilə fortepiano üçün poema (1941) Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun”, Türkmən şairi Kəminənin “Leylanın vəsfi”. T. Rəsizadənin “Səninlə olaydım” və s. Şerlərinə roman və mahnılar bəstələmişdir. II Dünya müharibəsi başlayarkən “Sərhəddən məktub” simfonik balladasının və marşlar yazıb. 1939—1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış və burada musiqi folkloru nümunələrinin toplanmasında iştirak etmişdir.1941—1942-ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib. Azərbaycan xalq mahnılarını nota salıb. Avropa və rus bəstəkarlarını ayrıca notlar şəkilində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə edib. Yaradıcılıqla məşğul olaraq şeirlər yazıb, müxtəlif rəsmlər çəkib. 1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağrılıb. “Xalq düşməni”nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilib. 14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat edib. Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsindədir.
Əkrəm Bəydəmirli
Baxış sayı: 415
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər
Bu gün, 16:00
Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar
Bu gün, 14:30
"Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb
Bu gün, 10:00
Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub
Bu gün, 09:30
Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib
Bu gün, 09:30
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Bu gün, 08:30
Əxlaqın ağırlığı
Dünən, 21:00
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Dünən, 12:00
Zəfərin işığında ucalan ömür
Dünən, 11:30
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb
Dünən, 11:00
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün
9-11-2026, 19:30
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
9-11-2026, 10:30
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
9-11-2026, 10:00
Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb
9-11-2026, 10:00
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
9-11-2026, 10:00
Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir
8-11-2026, 10:30
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
8-11-2026, 10:00
Azərbaycan Zəfər Gününü qeyd edir
8-11-2026, 10:00
"Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik
7-11-2026, 16:00
44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki
7-11-2026, 15:30
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
7-11-2026, 11:30
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
7-11-2026, 11:30
Müstəqilliyimiz qədər dəyərli olan əmanət
7-11-2026, 11:30
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
6-11-2026, 19:30
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib
6-11-2026, 18:00
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
6-11-2026, 18:00
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
6-11-2026, 14:30
Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır
6-11-2026, 14:00
Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir
6-11-2026, 12:30
Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub
6-11-2026, 12:30
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
