Görkəmli yazıçı-dramaturq, pedaqoq, ictimai xadim Süleyman Sani Axundovun anadan olmasının 150 illik yubileyi münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan Fact-info.az-a bildirilib ki, biblioqrafik icmalda Süleyman Sani Axundovun həyat və yaradıcılığı, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, akademik Rafael Hüseynovun “Həyat qədər təbii”, professor Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar: Süleyman Sani Axundov” adlı məqalələrinin tam mətni təqdim edilir.
Kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilən materialda Süleyman Sani Axundovun müəllifi olduğu, Azərbaycan və rus dillərində dərc edilən kitabların, onun haqqında qələmə alınan nəşrlərin biblioqrafik təsviri, qısa annotasiyası, dövrü mətbuat nümunələrinin siyahısı sərgilənir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində ədibin “Seçilmiş əsərləri”, “Qaraca qız”, “Nürəddin”, “Uşaqlıq həyatımdan xatirələr” kitabları ilə yanaşı “Ədəbiyyatdan əbədiyyətə”, “Şuşa mədəniyyətinin inciləri: Süleyman Sani Axundov”, “Mülkədar oğlunun “Qorxulu nağıllar” kimi ömrü...” kimi məqalələrin tam mətni təqdim edilir.
Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/suleyman-sani-axundov-150 yerləşdirilib.
Baxış sayı: 105
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
