FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının təqdimatı keçirilib
21-10-2025, 10:00 | MƏDƏNİYYƏT
“Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının təqdimatı keçirilib

Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının və “Üzeyir Hacıbəyli-140” mövzusunda elektron məlumat bazasının təqdimat mərasimi keçirilib. Tədbir Milli Kitabxanada təşkil olunub.

Kitabxanadan  Fact-info.az-a bildirilib ki, əvvəlcə Üzeyir Hacıbəylinin şah əsərlərindən biri olan “Koroğlu” uvertürası səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bildirib ki, Üzeyir bəy təkcə musiqişünas-alim və dahi bəstəkar deyil, həm də Azərbaycanın ən böyük şəxsiyyətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncama əsasən hər il 18 sentyabr - Üzeyir Hacıbəylinin doğum günü – Milli Musiqi Günü kimi qeyd olunur. Bu, eyni zamanda, beynəlxalq musiqi festivalları ilə müşayiət olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına müvafiq olaraq dahi bəstəkarın xatirəsi dünyanın bir çox ölkələrində anılır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxışında dahi bəstəkar Üzeyir Hacıbəylinin həm Azərbaycan xalqı, həm də musiqiçilər üçün ilham mənbəyi olduğunu bildirib. Qeyd edib ki, Üzeyir Hacıbəylinin sənəti tükənməz bir mənbədir. O, Üzeyir Hacıbəylinin irsinin müxtəlif aspektlərini, əsərlərini və elmi-pedaqoji fəaliyyətini əks etdirən bu fundamental biblioqrafiyanın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinin yalnız Azərbaycanda deyil, həm də beynəlxalq müstəvidə qeyd olunduğunu və bu tədbirlərin ilin sonuna qədər davam edəcəyini diqqətə çatdırıb.

Nazir müavini, həmçinin Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının dahi bəstəkarın irsinin tanıdılması və tədqiqi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, professor Günay Əfəndiyeva çıxışında bildirib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin, mədəniyyətinin, incəsənətinin, eləcə də xalqımızın milli düşüncəsinin və kimliyinin simvoludur. Əlavə edib ki, Üzeyir bəy cəmi 63 il yaşamasına baxmayaraq, tarixdə bir çox ilklərin müəllifi kimi əbədi iz qoyub.

Daha sonra Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən İspaniyada nəşr olunan Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunmuş poçt markasını və Qarabağ bölgəsindən olan görkəmli şəxsiyyətlərin portretlərinin işləndiyi “Qarabağın cizgiləri” kitabını Milli Kitabxananın fonduna hədiyyə edib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, Xalq artisti, bəstəkar Eldar Mansurov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Niyazi adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru, Xalq artisti Yalçın Adıgözəlov, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxış ediblər.

Çıxışçılar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş söhbət açaraq dahi bəstəkarın Azərbaycan musiqi tarixində unudulmaz əsərlər yaratdığını və milli musiqimizi dünya səviyyəsinə çatdırdığını vurğulayıblar. Onlar Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanaraq nəşr olunan “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabını yüksək qiymətləndirərək Milli Kitabxananın rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər. Eyni zamanda, Üzeyir Hacıbəyli haqqında nəşr olunan hər bir əsərin böyük önəm daşıdığını qeyd ediblər.

Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Üzeyir Hacıbəyli-140” adlı elektron məlumat bazasının təqdimatı olub.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.




Baxış sayı: 135
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30