FACT-INFO.AZ » AKTUAL » Ermənistanın Azərbaycan ərazilərinin işğalı nəticəsində ətraf mühitə vurulmuş ziyanla bağlı sənədlər tədqiq edilib
16-10-2025, 18:30 | AKTUAL
Ermənistanın Azərbaycan ərazilərinin işğalı nəticəsində ətraf mühitə vurulmuş ziyanla bağlı sənədlər tədqiq edilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 16-da davam etdirilib.

Fact-info.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə söz alan təqsirləndirilən şəxs Davit İşxanyan daşınan və daşınmaz əmlaka, mədəni dəyərlərə dəymiş zərərlə bağlı sənədlərin oxunmasının qısaldılmasını və qondarma rejimin “ordusunun qərargah rəisi” Kamo Vardanyanın imzaladığı sənədin surətinin onlara da təqdim olunması ilə bağlı vəsatətlə çıxış edib.

İclasa sədrlik edən Zeynal Ağayev hazırda sənədlərin tədqiqinin aparıldığını, eyni zamanda, həmin sənədin surətinin təqsirləndirilən şəxslərə verilən planşetlərdə olduğunu, həmçinin sənədlərin çap olunmuş variantlarının təqsirləndirilən şəxslərin vəkillərinə təqdim ediləcəyini deyib.

Sonra elan edilib ki, təqsirləndirilən şəxs Levon Mnatsakanyanın əvvəlki məhkəmə iclasındakı xahişinə əsasən, zərərçəkmiş şəxs İlham Məmmədov yenidən məhkəməyə çağırılıb.

İ.Məmmədov ona təqsirləndirilən şəxslər tərəfindən ünvanlanmış sualları cavablandırıb.

L.Mnatsakanyanla yanaşı, David Babayanın, David Manukyanın da suallarını cavablandıran İ.Məmmədov bildirib ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülərkən ona verilən işgəncələr barədə bu il oktyabrın 2-də keçirilmiş məhkəmə iclasında ətraflı danışıb.

Qeyd edib ki, 2002-ci il mayın 10-da hərbi xidmətdə olarkən posta gedən zaman yolu azıb və Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb, işgəncəyə məruz qalıb. “Orada otaqda saxlanıldım, başqa zabitlər də var idi, sorğu-sual olunurdum”, - deyə o əlavə edib.

Əlillik dərəcəsinin nə zaman və hansı əsaslarla əlaqədar verilməsi barədə sualı cavablandıran zərərçəkmiş şəxs bildirib ki, əsirlikdə olarkən işgəncələrə məruz qalıb və xəsarət alıb. Əlillik dərəcəsi də bu səbəbdən verilib.

Əsirlikdə olarkən ona xarici ölkəyə getməklə bağlı təklifin olunub-olunmaması və olunubsa kim tərəfindən edilməsi ilə bağlı suala cavabında İ.Məmmədov qeyd edib ki, bu barədə təklif olunsa da, o, buna razılıq verməyib. Təklifi edən şəxsi də tanımır.

Sonra L.Mnatsakanyan növbəti məhkəmə iclasında həmin vaxt orada baş verənlər barədə ətraflı danışacağını söyləyib.

Dövlət ittihamçısı Fuad Musayev diqqətə çatdırıb ki, L.Mnatsakanyan bir tərəfdən İ.Məmmədovu görmədiyini deyir. Digər tərəfdən də bu barədə ətraflı danışacağını söyləyir. Əgər İ.Məmmədovu tanımırsa, o zaman haradan bilir ki, həmin vaxt orada nə baş verib?

L.Mnatsakanyan isə qeyd edib ki, o, İ.Məmmədovu tanımır, həmin vaxt orada baş verən hadisələrlə bağlı isə danışacaq.

Sonra məhkəmə iclası sənədlərin elan olunması ilə davam etdirilib.

İclasda əvvəlcə iqtisadiyyata vurulmuş zərər və iqtisadi itkilərlə bağlı sənəd elan edilib.

Qeyd olunub ki, Ermənistanın hərbi təcavüzü nəticəsində müharibənin birbaşa təsirinə və işğala məruz qalmış Azərbaycan ərazilərində ölkənin təsərrüfat subyektlərinin iqtisadi fəaliyyəti tamamilə dayanıb, bölgənin iqtisadi resursları Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilib (o cümlədən təbii resurslar üzərində istismar hüquqlarının xarici şirkətlərə satılması yolu ilə), Azərbaycan iqtisadiyyatı - əhali, müəssisələr və dövlət böyük zərər və itkilərlə üzləşib.

Həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərin işğal edilməsi nəticəsində 30 ilə yaxın müddətdə həmin torpaqlarda yerləşən mineral xammal ehtiyatları Ermənistan tərəfindən qanunsuz istismar edilib, böyük məbləğdə qeyri-qanuni gəlir əldə olunub, Azərbaycana böyük iqtisadi zərər vurulub.

İşğal dövründə filiz və qeyri-filiz yataqlarında qanunsuz istismar işləri aparılıb, həmçinin bütün növ yeraltı su ehtiyatlarından qanunsuz istifadə edilib.

Sənədlərdə göstərilib ki, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycana məxsus su elektrik stansiyaları işğalçı qüvvələr tərəfindən qeyri-qanuni şəkildə, heç bir ekoloji qaydaya əməl olunmadan istismar edilməklə elektrik enerjisi istehsal olunub. Bununla yanaşı, tikilməkdə olan elektrik stansiyalarının tamamlanması mümkün olmayıb. Nəticədə Azərbaycan hidroenerji istehsalı sahəsində böyük iqtisadi itkilərə məruz qalıb.

Bundan başqa, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərində əhalinin kənd təsərrüfatı ilə məşğul olması mümkün olmayıb, bu səbəbdən həm əhali, həm də dövlət böyük məbləğdə iqtisadi itkilərlə üzləşib.

“Minalar və partlamamış sursatlarla çirkləndirmənin vurduğu zərər” başlıqlı sənəddə qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərinin işğalı zamanı işğal olunmuş torpaqlarda yüz minlərlə mina basdırılıb, geniş ərazilər partlamamış hərbi sursatlar ilə çirkləndirilib. Bu səbəbdən, işğaldan azad edilmiş ərazilərin Azərbaycanın digər ərazilərinə tam reinteqrasiyasını təmin etmək üçün uzun zaman və irihəcmli maliyyə vəsaiti tələb olunur.

Ətraf mühitə vurulmuş zərərlə bağlı sənəddə bildirilib ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində meşələr, qoruqlar, qədim ağaclar məhv edilib, Azərbaycanın fauna və florasına, su hövzələrinə böyük zərər vurulub.

Sonra cinayətkar dəstələr barədə sənədlər tədqiq edilib. Materiallarda göstərilir ki, cinayətkar dəstə olan “Yerkrapa” (“Könüllülər”) 1990-cı illərdə yaradılıb və Ermənistanın ilk qanunsuz silahlı dəstələrindən biridir. Həmin dəstə 1993-cü ildə Ermənistanın müdafiə naziri Vazgen Sarkisyan tərəfindən yaradılıb. Bu dəstə Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması zamanı döyüşlərdə fəal iştirak edib.

Bundan başqa, məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etmiş “Xaçlılar”, “Malatiya könüllü”, “Muş”, “Arabo”, “Sasna Tsrer”, “Sasuntsi Davit”, “Müstəqillik ordusunun könüllü milis hərbi-siyasi birliyi” və digər cinayətkar dəstələr barədə məlumatlar açıqlanıb.

Məhkəmə iclasında bir sıra internet resurslarında, o cümlədən sosial şəbəkələrdə yer alan informasiyalar əsasında sənədlər də tədqiq olunub. Eyni zamanda, tədqiq olunan sənədlərə aid fotolar nümayiş etdirilib.

Məhkəmə prosesi oktyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.




Baxış sayı: 135
Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930