Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hüquqşünas, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın 60 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan Fact-info.az-a bildirilib ki, hazırlanan elektron məlumat bazasında fəlsəfə üzrə fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin “Fazil Mustafanın fəlsəfi metamorfizmi”, nasir, şair, publisist Əkbər Qoşalının “İdeoloji oxudan mədəni sorğuya doğru: tarix, təfəkkür və türkün intellektual keçidi” məqalələrinin tam mətni, Fazil Mustafanın müəllifi olduğu kitablar, dövri mətbuat nümunələri təqdim edilir. Elektron məlumat bazasında deputatın müəllifi olduğu “Dirilən adamın düşüncələri” kitabının təqdimatı zamanı söylədiyi fikirlər, onun haqqında qələmə alınan məqalələrin siyahıları da yer alır. “Millət vəkili Fazil Mustafa 60” adlı elektron məlumat bazasında “Xronologiya”, “Təltif və mükafatlar”, “Foto və videoqalereya” bölmələri ilə yanaşı, müəllifin kitablarından ibarət virtual kitab sərgisi də təqdim olunur.
Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.
Baxış sayı: 165
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
