FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Qazaxıstanda beynəlxalq festival keçirilib
14-10-2025, 14:00 | MƏDƏNİYYƏT
Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Qazaxıstanda beynəlxalq festival keçirilib

Türk Mədəniyyəti və İrsi Fondu Qızılorda vilayəti Akiminin birgə təşkilatçılığı ilə Qazaxıstanın Qarmaqşı bölgəsində yerləşən “Dədə Qorqud” Memorial Kompleksində Türk xalqlarının folklor-musiqi incəsənətinə həsr olunmuş “Qorqud və Böyük çölün sədaları” mövzusunda VII Beynəlxalq Festival keçirib.

Fact-info.az-a Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Tıva və Altaydan olan 200-ə yaxın sənətçi iştirak edib. Festival Qızılordanın Qazaxıstanın paytaxtı (1925-1927) elan edilməsinin 100 illiyinə həsr olunub.

Beynəlxalq tədbirin məqsədi türk xalqlarının zəngin mədəniyyətini, milli musiqisini və mənəvi dəyərlərini təbliğ etmək, beynəlxalq mədəni əlaqələri möhkəmləndirməkdir.

Təntənəli açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Qızılorda vilayətinin Mədəniyyət, arxiv və sənədləşmə idarəsinin rəhbəri Janmurat Seilov çıxış edərək festival iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıblar.

Bayram axşamında türk ölkələrindən olan ənənəvi musiqi sənətinin tanınmış ifaçıları tamaşaçıları bənzərsiz çıxışları ilə sevindiriblər.

Beynəlxalq festival çərçivəsində, həmçinin “Dədə Qorqud irsi: Türk dünyası üçün ümumi epik dəyərlər” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

Konfransda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qızılorda vilayətinin Akimi Nurlıbek Nalıbayev, eləcə də mədəniyyət, tarix və ədəbiyyat sahəsində türk ölkələrinin aparıcı alim və ekspertləri iştirak ediblər.

Tədbirin əsas məqsədi Dədə Qorqud irsinin və onun epik ənənələrinin türk xalqlarının mənəvi və mədəni həyatındakı əhəmiyyətinin hərtərəfli müzakirəsi, elmi tədqiqatların inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi olub.

Konfrans zamanı Dədə Qorqud dastanının tarixi kökləri, onun Türk dünyasındakı rolu, həmçinin müasir mədəniyyət və ədəbiyyatda əksi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Alimlər yeni elmi tədqiqatlarının nəticələrini təqdim edib və Dədə Qorqud irsinin öyrənilməsində müasir nəzəri yanaşmaları bölüşüblər.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında Dədə Qorqud irsinin qorunması və dünya miqyasında tanıdılmasının əhəmiyyətini qeyd edib.

Konfrans çərçivəsində elmi məruzələr dinlənilib, panel müzakirələr aparılıb, həmçinin “Türk Folklor İrsi” Antologiya layihəsi çərçivəsində “Türk qəhrəmanlıq eposu” silsiləsinin ilk cildi təqdim olunub.

Tədbirin sonunda Qazaxıstanın Əməkdar incəsənət xadimi, T. Jurgenov adına Qazax Milli İncəsənət Akademiyasının dosenti Uljan Baybosınova “Koroğlu” poeması və Sır diyarının dastançılarına məxsus bir sıra parçaları ifa edib.

Beynəlxalq konfrans Türk dünyasında epik yaradıcılıq ənənələrinin birliyinin və qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi üçün mühüm platforma olmaqla yanaşı, türk xalqlarının mənəvi irsinin qorunması və təbliği istiqamətində əlamətdar addım kimi dəyərləndirilib.




Baxış sayı: 75
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30