FACT-INFO.AZ » AKTUAL » Əfsanəvi döyüşçü, Şəhid mayor Elçin Mansurovun bu gün anım günüdür
11-10-2025, 15:30 | AKTUAL
Əfsanəvi döyüşçü, Şəhid mayor Elçin Mansurovun bu gün anım günüdür
Əfsanəvi döyüşçü, mayor Elçin Mansurovun anası Məleykə xanımla bu gün şəhidimizin anım günündə görüşüb söhbət etdik..
Şəhidimiz haqqında qısa məlumat:
Peşəkar hərbçi olan Elçin xidməti dövründə çox əhəmiyyətli əməliyyatlarda iştirak edib. O, kəşfiyyatçı olduğu müddətdə düşmən tərəfinə keçib və lazımı tapşırıqları yerinə yetirirmiş. Döyüş yoldaşları onu “Kəşfiyyatın vuran əli”, “Tənha canavar”, “Boz qurd” da adlandırıblar. 13 illik xidməti dövründə 6 medalla, dəfələrlə fəxri fərmanla təltif olunub. 2020-ci ilin yayında mayor rütbəsinə yüksəlib. Xatırladırıq ki, Elçin Elşən oğlu Mansurov 1984-cü il noyabrın 25-də Bakıda doğulub. Əslən Yardımlı rayonunun Kürəkçi kəndindəndir.
Şəhidimizin anası, nur çöhrəli Məleykə xanım danışır: “Elçin hərbçi doğulmuşdu. O, uşaqlıqdan oyuncaq silahlar alırdı, məhəllədə uşaqlarla həmin silahlarla oynayırdı. Bir dəfə nəvəmin (böyük oğlumun oğlu) ad günü idi. Elçin ona da oyuncaq silah alıb doğum gününü təbrik etmişdi. Görünən o idi ki, bu insanın hobbisi silah idi. Elçinin silahlara, hərbə, döyüşə olan bu marağı yekunda onu hərbçi etdi. Beləliklə, o, orta məktəbi bitirən kimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək göstərici ilə qəbul oldu. Təhsilini bitirdikdən sonra təkmilləşdirmə kursları keçdi. 2007-ci il iyul ayından Tovuz rayonunda leytenant rütbəsi alaraq kəşfiyyatçı kimi xidmətə başladı. Elçin sənətini də, əsgərlərini də sevirdi. Bir dəfə böyük oğlumun evindən qayıdırdıq. O, məni “Koroğlu” metrosunun yanından Binə qəsəbəsindəki evə yola salıb, özü isə Murova hərbi xidmət keçdiyi əraziyə gedəcəkdi. Elçin gedərkən bir torba müxtəlif dərmanlar aldı. Mən soruşanda bunları neynirsən? O, mənə bildirdi: “Yüksəklikdə oluruq, bəzən dava-dərmana ehtiyac yaranır”. Elçinin qayğıkeşliyindən onun əsgərləri hər zaman elə sağlığında danışıb razılıq edirdilər. Əsgərləri danışır ki, bir dəfə Murovdağda xidmət zamanı ərzaq tükənmişdi. Həmin vaxt ərazidə möhkəm qar olub. Bu zaman Elçin çox çətin yollarla, qarlı, şaxtalı havada təkbaşına gedərək əsgərlərinin ərzağını gətirib.O, gedərkən hərbçi yoldaşları ona tək getməməyi tövsiyə ediblər. Lakin Elçin “Hər kəs yerində möhkəm dayansın”,– deyərək bu işi təkbaşına yerinə yetirib”.
Yenə Məleykə xanımın söhbətinə nəzər salaq: “Elçinin kəşfiyyatçı kimi fəaliyyəti haqqında ara-sıra eşidirdim. Bir gün böyük oğlum mənə dedi ki, ermənilər Elçinin başına pul qoyublar. Onun düşmənə vurduğu sarsıdıcı zərbələr qarşı tərəfi təşvişə salmışdı. Hətta bizim xəbərimiz olmadan Elçin 2016-cı il məlum Aprel döyüşlərinin iştirakçısı olub. O, bizə Aprel döyüşlərindəki iştirakı haqqında heç nə demirdi. Onun həyatı təlimlərdə, döyüşlərdə keçirdi”.
Ailə həyatı qurmağa zaman tapa bilməyən komandir
Məleykə xanımın xatirələri bitib-tükənmir: ”Elçinin sevdiyi qız vardı. Ona üzük alıb bağışlamışdı. İmkan, vaxt tapıb onunla ailə həyatı qura bilmədi. 2019–2020-ci il pandemiya düşməsəydi Elçin məzuniyyətə çıxıb evə gələcəkdi. Amma çıxa bilmədi. Telefonla “Ana, pandemiyaya görə, məzuniyyətə icazə verilmir”,–dedi. 2020-ci ilin sentyabr ayı idi. Mən rayondaydım. O, həmin gecə görüntülü zəng etmişdi. Ev qaranlıq idi. Mənə dedi ki, ana, evin işığını yandır. Mən işığı yandırdım. Biz xeyli görüntülü danışdıq. Dedi: “Sənin üzünü görmək istəyirəm, ana”. Deməli, o, bizimlə vidalaşırmış. Bu, bizim son danışığımız oldu. Sonradan İkinci Qarabağ müharibəsi başladı və mənim oğlum döyüşlərdə böyük qəhrəmanlıqlar göstərərək şəhid oldu”.
Xatırladırıq ki, mayor Elçin Mansurov snayperdən açılan atəş nəticəsində şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elçin Mansurov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bu gün Elçin Mansurovun torpağa tapşırıldığı gündür. Məkanı cənnət olsun.
Əkrəm Bəydəmirli



Baxış sayı: 320
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30