FACT-INFO.AZ » AKTUAL » Hədəfimiz dinc şəraitdə Qərbi Azərbaycanın Nərimanlı kəndinə qayıtmaqdır
10-10-2025, 16:30 | AKTUAL
Hədəfimiz dinc şəraitdə Qərbi Azərbaycanın Nərimanlı kəndinə qayıtmaqdır

Basarkeçər rayonunun Nərimanlı kəndinin əvvəlki adı Hüseynquluağalı olub.  1905-1907-ci illərdə azərbaycanlıların yaşadığı bir çox ərazilərdə, o cümlədən bizim kəndimizdə ermənilər qırğınlar törədiblər. 1918-ci ildə yenə oxşar soyqırımlar törədilib və əhali kənddən çıxarılıb.Yalnız 1921-ci ildə Nəriman Nərimanovun dəstəyi ilə kənd əhalisi yenidən öz tarixi torpaqlarına qayıdır. Əhalinin təşəbbüsü ilə həmin vaxtdan Nərimanlı  kəndinin adı böyük dövlət xadimi olan Nəriman Nərimanovun adı ilə bağlıdır.  Bu fikirləri Fact-info.az-a Qərbi Azərbaycanın Basarkeçər rayonu Nərimanlı kənd icmasının sədri, Tibb Universitetinin müəllimi  Şirazi İbrahimov bildirib.

O, daha sonra əlavə edib:  “Biz oz tarixi torpaqlarımızdan qovulsaq da, Azərbaycanda bu illər ərzində yaşasaq da,  bir an da olsa öz yurd yerlərimizi, doğulduğumuz torpaqlarımızı, həm də ermənilərin vəhşiliklərini unutmadıq.  Onu da qeyd edim ki,  Azərbaycan  Respublikası 2020-ci ilin 44 günlük müharibə nəticəsində tarixi zəfərini qazandı. İşğal altında olan torpaqlarımız, Qarabağımız azad olundu. Artıq bundan sonra bizim Qərbi Azərbaycana qayıdışımız zərurətə çevrildi. Düzdür son 30 ildə dünyaya gələn nəsil o əraziləri görməyib. Lakin hər bir azərbaycanlının Qərbi Azərbaycan qəlbində, ruhunda yaşayır. Bütün bu amillər və Azərbaycan dövlətinin qüdrətlənməsi bizim Qərbi Azərbaycana qayıdışımıza yollar açır, imkanlar yaradır”.

Qeyd edək ki, həm I Qarabağ müharibəsində, həm də  44 günlük  Vətən müharibəsində, qələbəmizin qazanılmasında Nərimanlı kəndinin yetirmələri böyük şücaət göstərib. Bu barədə Şirazi İbrahimov  fikirlərini davam etdirir:“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün I Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində iştirak edən, öz sahəsində fəaliyyəti ilə dövlətçiliyin daha da güclənməsinə töhfə verən, böyük uğurlar qazanan soydaşlarımız var. I Qarabağ müharibəsində Nərimanlıdan 92 nəfər iştirak edib, onlardan 19-u şəhidlik zirvəsinə ucalıb, o cümlədən şəhid Şövqiyar Abdullayev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vətən müharibəsində isə 78 bizim həmyerlimiz iştirak edib, onlardan üç nəfər şəhid olub. Müharibədə iştirak edən qəhrəmanlıq nümunəsi göstərən Nərimanlı kənd sakinlərindən xeylisi  müxtəlif orden və medallarla təltif olundular”.

 İcma sədri onu da bildirdi: “Göyçə mahalı, Basarkeçər rayonu, Nərimanlı kəndinin  yetirmələri Azərbaycanın elm və təhsil sahəsində böyük töhfələr verirlər. Hazırda Nərimanlının yetirməsi olan 1 akademik, 10 elmlər doktoru, professor,  xeyli sayda fəlsəfə doktoru,  dissertant  fəaliyyət göstərir. Bu gün biz bir çox sahələrdə geniş töhfələr veririk. Amma hər birimizin hədəfimiz o tarixi torpaqlarımıza, Qərbi Azərbaycana qayıtmaqdır. Biz bu istiqamətdə davamlı olaraq çalışırıq”.


Fact-info.az

 




Baxış sayı: 655
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30