FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimatı olub
8-10-2025, 16:00 | MƏDƏNİYYƏT
“Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimatı olub

Oktyabrın 8-də AMEA-da ingilis dilində nəşr edilmiş “Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimat mərasimi keçirilib.

Kitab Arxeologiya və Antropologiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru professor Əsədulla Cəfərovun həmmüəllifliyi ilə hazırlanıb.

Əvvəlcə tədbir iştirakçıları professor Əsədulla Cəfərovun Azərbaycanın, Qafqazın, Avropanın daş dövrü və ibtidai icma tarixinin ayrı-ayrı inkişaf mərhələlərinə, eləcə də Qarabağın ən qədim tarixinə aid yazdığı kitablardan ibarət sərgi ilə tanış olublar.

Mərasimi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycanın 8 görkəmli tədqiqatçı aliminin və professor Əsədulla Cəfərovun uzun illər apardıqları gərgin araşdırmaların nəticəsi olan kitabın elmi-siyasi əhəmiyyətini qeyd edib. Bildirib ki, bu monoqrafiya 2021-ci ildə - Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra rus dilində nəşr olunub. Azıx mağarasının dünya arxeologiyasında, paleoantropologiyasında rolunu nəzərə alan Mədəniyyət Nazirliyinin dəstəyi ilə monoqrafiya ingilis dilinə tərcümə olunaraq nəşr edilib.

Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, deputat, Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi tarix elmləri doktoru Vasif Qafarov, Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev və başqaları çıxış edərək bildiriblər ki, ingilis dilində nəşr edilmiş əsər təkcə elmi ictimaiyyət üçün deyil, həm də beynəlxalq müstəvidə hüquqi əsas kimi istifadə olunacaq dəyərli mənbədir.

Çıxışlarda ömrünü elmə həsr etmiş professor Əsədulla Cəfərovun arxeoloji tədqiqatlarından bəhs olunub. Vurğulanıb ki, alim Qarabağın qədim tarixinin, Azıx, Tağlar, Qazma paleolit düşərgələrinin arxeologiya elminin müasir tələbləri səviyyəsində tədqiqi sahəsində uğurlu fəaliyyət göstərib. Onun rəhbərliyi ilə arxeoloji ekspedisiya Naxçıvanda Qazma, Kəlbəcərdə orta Şurtan, Lerik rayonu ərazisində isə Buzeyir və Zuvandçay paleolit düşərgələrini kəşf edib.

Sonda çıxış edən kitabın həmmüəllifi professor Əsədulla Cəfərov elmi tədqiqatlarından söz açıb, nəşr haqqında öz fikirlərini bölüşüb.




Baxış sayı: 95
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30