FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” kitabının təqdimatı olub
1-10-2025, 15:00 | MƏDƏNİYYƏT
“Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” kitabının təqdimatı olub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində hazırlanmış “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı kitabın təqdimatı olub.

Fact-info.az xəbər verir ki, folklorşünas-alimlərinin, universitetinin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbiri açan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova kitabla bağlı geniş məlumat verib. O bildirib ki, Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək məqsədilə hazırlanmış kitabda XVII əsrdə yaşamış Dərdli Nəsibdən tutmuş günümüzədək ustad aşıqların poetik yaradıcılığından seçmələr – Qərbi Azərbaycandakı yer-yurd adlarını, bu qədim torpaqlarımızda yaşamış soydaşlarımıza qarşı zaman-zaman ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şeirlər toplanıb. Qeyd olunub ki, ustad aşıqların kitaba daxil edilmiş şeirləri bir neçə aspektdən diqqəti çəkir: dövrün ictimai-siyasi mənzərəsi, bütün dövrlərdə baş vermiş erməni zülmü və təcavüzünün əks olunması, tarixi yer-yurd adları ilə zəngin olması, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərin təsviri, erməni zülmünə qarşı mübarizə aparmış mərd və mübariz igidlərimizin tərənnümü və s.

M.Hüseynova vurğulayıb ki, kitab Qərbi Azərbaycan aşıq mühitlərini araşdıran tədqiqatçılarla yanaşı, ali təhsil ocaqlarının müvafiq fakültələrinin tələbələri üçün də qiymətli vəsaitdir.

Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi Məhərrəm Qasımlı çıxışında “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin yarandığı gündən aşıq sənətinin təbliği istiqamətində gördüyü işlərdən danışıb, təqdim olunan kitabı bu istiqamətdə növbəti uğurlu addım kimi dəyərləndirib.

Akademik Muxtar İmanov “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin və onun sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun aşıq sənəti ilə bağlı indiyədək gördüyü işləri yüksək qiymətləndirib, kitabın əhəmiyyətini qeyd edib, təşkilatın gələcək fəaliyyəti üçün tövsiyələrini verib.

Filologiya elmləri doktoru professor Mahmud Allahmanlı, ADPU-nun Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədli, ADMİU-nun Aşıq sənəti kafedrasının dosenti, ustad aşıq Altay Məmmədli və digər çıxış edənlər kitabı İctimai Birliyinin növbəti uğurlu layihəsi kimi dəyərləndiriblər.

Sonda Musa Nəbioğlu çıxış edərək layihənin həyata keçirilməsində maliyyə dəstəyi göstərmiş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, kitabın hazırlanmasında əməyi keçənlərə və təqdimat tədbirinin təşkilinə görə ADPU-nun rəhbərliyinə, xüsusilə də bu işdə böyük əməyi olan Mahirə Hüseynovaya təşəkkür edib.

Tədbir ustad aşıqlar Cahangir Quliyev, Faxfur Ağbabalı və Altay Məmmədlinin çıxışları ilə yekunlaşıb.




Baxış sayı: 100
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30