FACT-INFO.AZ » MEDİA » "Azərbaycan-Özbəkistan media əməkdaşlığı region üçün nümunəvi model ola bilər" - Əhməd İsmayılov
30-09-2025, 12:30 | MEDİA
"Azərbaycan-Özbəkistan media əməkdaşlığı region üçün nümunəvi model ola bilər" - Əhməd İsmayılov

“Azərbaycan və Özbəkistan xalqlarını əsrlərin dərinliklərindən gələn qardaşlıq telləri birləşdirir”.

Fact-info.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışı zamanı deyib.

O, qeyd edib ki, bu gün həmin tarixi bağlar dövlət başçılarımız – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatıb: “İkitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bütün sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığımızın gücləndirilməsi üçün geniş imkanlar açır”.

Əhməd İsmayılov bildirib ki, Azərbaycan mediasında son illərdə dövlətin dəstəyi ilə məhz bu istiqamətdə ciddi islahatlar həyata keçirilir: “Özbəkistan mediasının da oxşar transformasiya mərhələsindən keçməsi əməkdaşlığımızın aktuallığını daha da artırır. Çünki biz oxşar çağırışlarla üz-üzəyik: dezinformasiyaya qarşı mübarizə, peşəkar jurnalistikanın qorunması, gənc nəslin rəqəmsal mühitdə maarifləndirilməsi, milli maraqların beynəlxalq informasiya axınında qorunması.

Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığı sadəcə iki ölkə mediası üçün deyil, bütövlükdə region üçün nümunəvi bir model ola bilər. Çünki bizim xalqlarımızın ortaq dəyərləri, ortaq tarixi yaddaşı var. Media bu dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsində əvəzsiz vasitədir”.

O əlavə edib ki, 2022-ci il 20 iyun tarixində Daşkənd şəhərində keçirilən Özbəkistan-Azərbaycan Biznes Forumu çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistanın müvafiq dövlət qurumu arasında Anlaşma Memorandumunun imzalanması müvafiq sahədə fəaliyyətimizin canlanmasına ciddi stimul verib.




Baxış sayı: 230
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30