FACT-INFO.AZ » AKTUAL » Müharibə cinayətləri cavabsız qalmır
29-09-2025, 12:00 | AKTUAL
Müharibə cinayətləri cavabsız qalmır
Ukrayna ilə ağır müharibə, dünyada gedən geosiyasi proseslər, tətbiq olunan ciddi sanksiyalar düşünürdük Rusiya xarici siyasətində dəyişikliyə və yeni bir dönəmin başlanğıcına səbəb olacaq. Nəhayət Şimal qonşumuz hədə dilindən əl çəkəcək, sülh, əməkdaşlıq modelini seçəcək. Amma bu baş vermir.
Hər gün Rusiya silahlı qüvvələri tərəfindən dinc ukraynalıların, mülki vətəndaşların qətlə yetirildiyini, evlərinin dağıdıldığını eşidirik.
Beynəlxalq prinsiplərə, müharibə qanunlarına görə mülki vətəndaş, dinc sakinlər legitim atəş hədəfi ola bilməz. Rusiya artıq bütün əndazələri aşıb, hüquqi prinsipləri heçə endirib. Kimin necə düşünməsindən asılı olmayaraq müasir dünyada müharibə cinayətlərinin cavabsız qalacağı inandırıcı deyil. İmperiya maraqları naminə şəhərləri viran qoy, dinc insanları didərgin sal, məhv et. Belə yanaşma yalnız quldarlıq dövründə olub.
Hazırda dünyanın iki nəhəngi, ABŞ prezidenti Donald Tramp və Çin Rusiya məsələsinə sülh konteksindən deyil, öz strateji maraqları çərçivəsindən yanaşırlar.
Görünən odur ki, Çin Rusiyanı zəifləmiş ölkə, ucuz xammal bazası kimi görmək istəyir. Tramp isə nəinki Rusiyaya, hətta dünya siyasətinə biznes maraqları çərçivəsində yanaşır. Bu insan maliyyə məsələsini öndə görür. Amma müşahidələr göstərir ki, qəhrəman ukraynalıların savaşı öz bəhrəsini mütləq verəcək. Əgər o vaxta qədər sağ qalsalar müharibə cinayəti törədənlər mütləq ədalət məhkəməsi qarşısına çıxarılacaqlar. Necəki bir qrup erməni vaxtılə dinc azərbaycanlılara qarşı törətdiyi ağır cinayətlərə görə, bu gün Bakıda məhkəmə qarşısında cavab verir. Bir zamanlar heç kimin ağlına gəlməzdi ki, həmin qatı cinayətdə ittiham olunan ermənilər məhkəmə qarşısına çıxacaq. Bu gəlişi gözəl ifadə deyil. Ədalət gec-tez yerini tapır. Biz əminik ki, bir gün ukraynalılar müharibə cinayətləri törədənləri məhkəmə qarşısına çıxaracaqlar.
Əkrəm Bəydəmirli



Baxış sayı: 210
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30