26 sentyabr 2025-ci ildə Atatürk Mərkəzində tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru Zəki Bayram Yurdçunun 60 illik yubileyi və yeni kitabı – “Ömür – axar su kimi” adlı şeirlər toplusunun təqdimat mərasimi keçirildi.
Tədbirdə tanınmış şairlər, yazıçılar, alimlər, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edirdilər. Onlar yubilyarı təbrik edərək şairin poeziya yolunun zənginliklərindən, ədəbi irsimizə qazandırdığı dəyərli nümunələrdən, Azərbaycan elminə verdiyi töhfələrdən danışdılar. Çıxışlarda vurğulandı ki, Zəki Bayram Yurdçunun poeziyası həyatın axarını, insan taleyinin keşməkeşlərini və doğma yurda bağlılığı poetik dillə ifadə edir.
Tədbirin aparıcısı – şair Mübariz Məsimoğlu mərasimi poeziya ovqatı ilə zənginləşdirdi. Onun çıxışlarında həm yubilyara olan dərin ehtiram, həm də sözün və poeziyanın insanları birləşdirən gücü əks olundu. Tədbir boyu Zəki Bayram Yurdçunun şeirlərindən seçilmiş parçalar səsləndirildi, dostlarının və qələm yoldaşlarının ürək sözləri tədbirə xüsusi bir rəng qatdı.
Yubilyar Zəki Bayram Yurdçu tədbir iştirakçılarına səmimi minnətdarlığını bildirərək vurğuladı ki, dostlarının, oxucularının və qələm yoldaşlarının dəstəyi onun üçün ən böyük mükafatdır.
Tədbirin sonunda iştirakçılar xatirə fotoları çəkdirdilər.
Baxış sayı: 455
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

