FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Səttar Bəhlulzadə - görünməyən aləmlərin yaradıcısı” adlı sərgi açılıb
26-09-2025, 17:30 | MƏDƏNİYYƏT
“Səttar Bəhlulzadə - görünməyən aləmlərin yaradıcısı” adlı sərgi açılıb

Belarus Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına aid əsərlərdən ibarət “Səttar Bəhlulzadə - görünməyən aləmlərin yaradıcısı” sərgisinin açılışı olub. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, müasir mənzərə rəngkarlığının dahi ustası, təbiət “nəğməkarı” kimi tanınan Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi Azərbaycan və Belarusun Mədəniyyət nazirliklərinin, həmçinin hər iki ölkənin Milli İncəsənət muzeylərinin dəstəyi ilə keçirilib.

Ekspozisiyada təqdim olunan əsərlər dahi rəssam Səttar Bəhlulzadənin Azərbaycan təsviri sənətinin parlaq hissəsini təşkil edən, sonrakı nəsillər üçün ilham mənbəyi olan bədii irsini əks etdirməklə, tamaşaçılarda sənətkarın yaradıcılığı və unikal bədii üslubu haqqında dolğun təsəvvür formalaşdırır.

Sərgidə Səttar Bəhlulzadənin Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından seçilmiş, çox sevdiyi vətəninin əsrarəngiz təbiət mənzərələrini əks etdirən 30-dək rəngkarlıq və qrafika əsəri yer alıb.

Səttar Bəhlulzadə sənətdə yaşadığı dövrün ideoloji çərçivələrindən kənar, təkrarsız yolla gedib. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunu olan sənətkar ömrünü doğma torpağın hər guşəsini kətana köçürməyə həsr edib, təbiətin ruhunu, görünməyən mahiyyətini rənglərin dili ilə ifadə edib. O, yaradıcılığında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin poeziyası, Təbriz miniatür üslubu və Azərbaycan xalça sənəti kimi əsas mənbələrdən ilhamlanıb.

Poeziya vurğunu olan Səttar Bəhlulzadənin əsərlərində Füzulinin kədərli lirizmi və ilahi məhəbbəti rəssamın rəsmlərində təbiətə olan sonsuz eşqlə qovuşurdu. Səttar Bəhlulzadə Azərbaycan təsviri sənətində M.Füzuli və onun “Leyli və Məcnun” əsərinin qəhrəmanlarına həsr edilmiş rəngkarlıq və qrafika əsərləri ilə də mühüm yer tutur.

Sərgidə nümayiş olunan “Məcnun” əsərində səhralarda dolaşan uzun saçlı qəhrəmanın portreti vasitəsilə onun daxili aləmi – sevgi, iztirab, tənhalıq və ilahi eşq ustalıqla əks etdirilib.

Ekspozisiyada yer alan “Mavi səmada”, “Qafqaz ahəngləri”, “Çiçəklənən heyva”, “Romantik dağlar” kimi əsərləri onun bənzərsiz sənətkarlığının təcəssümü olan poetik-fəlsəfi səciyyəli, simvolik mənaya malik yaradıcılıq incilərindəndir. “Bilgəh”, “Çiçəklənən badam ağacı”, “Tut ağacı” kimi mənzərə əsərlərində rəssam təbiətdə mövcud olan rənglərin harmoniyasını, incə keçidlərini ustalıqla kətan üzərinə köçürüb. Bol məhsullu Azərbaycan təbiətinin ayrı-ayrı cizgiləri “Göygöl”, “Şahnabad dağları”, “Mənzərə”, “Narlar və heyvalar” və digər mənzərə və natürmort janrlı qrafik rəsmlərində ustalıqla əbədiləşdirib.

“Səttar Bəhlulzadə – görünməyən aləmlərin yaradıcısı” sərgisi tamaşaçılara dahi rəssamın Azərbaycan təsviri sənətindəki misilsiz yerini, yaradıcılıq fəlsəfəsini və unikal bədii üslubunu dolğun şəkildə təqdim edib.




Baxış sayı: 140
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30