FACT-INFO.AZ » AKTUAL » Ermənistan vətəndaşlarının məhkəməsində Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub
26-09-2025, 18:00 | AKTUAL
Ermənistan vətəndaşlarının məhkəməsində Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 26-da davam etdirilib. Fact-info.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasının əvvəlində sədrlik edən Z.Ağayev Azərbaycan və rus dillərində təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında bildirişin təqsirləndirilən şəxs David Babayana təqdim edilməsi üçün göstəriş verib və sənəd D.Babayana çatdırılıb (ötən prosesdə D.Babayan bu sənədin Azərbaycan və rus dillərində ona təqdim olunmasını xahiş etmişdi).

Daha sonra məhkəmə prosesi iş üzrə sənədlərin elan olunması ilə davam etdirilib.

Məhkəmədə Azərbaycan Respublikasının Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun, habelə Abdullayev Əhməd Hüseynağa oğlunun və Əhmədov Fərid Güloğlan oğlunun (“İgidliyə görə” medalı ilə təltif edilib – red.) və digər şəxslərin öldürülməsi faktları ilə bağlı sənədlər elan olunub.

Bundan başqa, Bayramov Pərviz Əlimahir oğlunun öldürülməsi, Rəşidov Səxavət Məmməd oğlunun, İbrahimov Aqil Vahid oğlunun, Məmmədov Tural Ağabala oğlunun, Əliyev Şamil Əlvan oğlunun, Əliyeva Ruqiyyə Rüstəm qızının xəsarət alması ilə bağlı sənədlər elan edilib.

Təqsirləndirilən şəxs Davit İşxanyan məhkəməyə müraciət edərək fasilə vaxtı öz vəkili ilə konfidensial qaydada görüşə icazə verilməsini xahiş edib. Sədrlik edən D.İşxanyanın vəsatətini təmin edib və ona fasilə vaxtı müdafiəçisi ilə konfidensial görüş keçirə biləcəyini deyib.

Ardınca cinayət işi üzrə digər sənədlər elan olunub.

Bundan başqa, Şahkərəmov Ağadadaş Şahkərəm oğlunun, Ağayev Ruslan Qabil oğlunun öldürülməsi, 2015-ci il iyulun 22-də N saylı hərbi hissənin hərbi qulluqçularının xəsarət almaları, Əliyeva Müşgünaz Əsgər qızının, Əhmədova Mədinə Əsgər qızının və Əliyeva Zəhra Samir qızının xəsarət almaları, Məmmədov Anar Yaşar oğlunun və Əhmədov Fuad Şaməddin oğlunun mina partlayışı nəticəsinə xəsarətlər almaları, habelə digər faktlar üzrə sənədlər elan olunub.

Daha sonra 2016-cı ilin aprel ayında baş vermiş hadisələrlə (Aprel döyüşləri – red.) bağlı sənədlərin bir hissəsi elan edilib. Elan olunan sənədlərdən biri N saylı hərbi hissənin hərbi qulluqçularının 2016-cı il aprelin 2-də Tərtər-Ağdam rayonları ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış atəşlə öldürülmələri və xəsarət yetirilmələri faktları ilə bağlı olub. Sənədə əsasən, Ermənistan silahlı qüvvələri Ağdərə, Tərtər-Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı və artilleriya silahlarından intensiv atəşə tutması nəticəsində ölənlər və xəsarət alanlar olub.

Sənədlərlə eyni vaxtda, habelə bir sıra fotoşəkillər nümayiş etdirilib.

Məhkəmə prosesi sentyabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.




Baxış sayı: 125
Medianın İnkişafı Agentliyi Bəyanat yayıb Dünən, 19:00 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib Dünən, 17:00 Azerbaijan’s Media Development Agency issues statement Dünən, 16:00 “Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabının təqdimatı olub Dünən, 15:30 Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb Dünən, 15:30 6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb Dünən, 12:00 Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi- VİDEO Dünən, 09:30 Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib Dünən, 09:30 Böyük Britaniya “Stone Cloak” sisteminin texnologiyasını Ukraynaya verəcək Dünən, 09:00 ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır Dünən, 09:00 Bəyaz Aslanın Qələbə Salnaməsi 26-07-2026, 20:30 Ruhun Bayraqla Yüksəlişi 26-07-2026, 19:30 ABŞ–İran müharibəsi aylarla davam edə bilər 26-07-2026, 09:30 Beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə müzakirələr aparlılb 26-07-2026, 08:30 BMT: Hörmüz boğazında 6 minə yaxın dənizçi təxliyə gözləyir 25-07-2026, 15:30 Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir 25-07-2026, 14:30 "ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər" - TÜRKPA 25-07-2026, 12:00 ABŞ konqresmenləri erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməlidirlər 24-07-2026, 17:30 “Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda 24-07-2026, 17:30 Şuşada IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi təşkil edilib 24-07-2026, 14:30 “Qərbi Azərbaycana həsr olunan növbəti televiziya verilişi uğurla davam etdi” Əkrəm Bəydəmirli 24-07-2026, 11:00 Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb 24-07-2026, 10:30 Bu bölgədə zəlzələ qeydə alınıb 24-07-2026, 09:00 Dövlətçiliyə, elmə və el-obaya həsr olunmuş ömür yolu 24-07-2026, 09:00 Cəbrayıl rayonunda mina partlayışı baş verib, traktorçu xəsarət alıb 23-07-2026, 21:00 Gürcüstan Azərbaycan ilə əlaqələri daha dərindən inkişaf etdirmək istəyir 23-07-2026, 17:30 Georgian PM: We want to develop relations with Azerbaijan even further 23-07-2026, 17:30 Şuşada yaradılan “Kitab dayanacağı” sakinlərin və qonaqların marağına səbəb olub 23-07-2026, 16:30 Поэзия Хуршидбану Натаван и литературная среда «Меджлиси-унс» 23-07-2026, 14:30 "Böyük amallar və arzular şairi" kitabı işıq üzü görüb 23-07-2026, 11:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031