FACT-INFO.AZ » AKTUAL » Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilib
25-09-2025, 08:00 | AKTUAL
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilib

ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbir keçirilib. Mərkəzin həmsədri Vayra Vike-Frayberqa çıxış edib. O, bildirib ki, BMT Baş Assambleyasının sessiyası dünyada çoxsaylı münaqişələrin baş verdiyi bir dövrdə keçirilir və çoxtərəflilik həqiqətən yolayrıcındadır. O, təşkilatın xüsusilə son dövrlərdə Ukrayna və Qəzza məsələsi ilə bağlı sərt tənqidlərlə üzləşdiyini deyib. Daha sonra çıxış edən Albaniya Prezidenti Bayram Beqay bildirib ki, çoxtərəflilik böyük və kiçik, varlı və kasıb dövlətlərə bir masa arxasında əyləşməyə imkan verib, sülhyaratma, humanitar yardım, iqlim dəyişikliyi və atəşkəs kimi qlobal çağırışlara keyfiyyətli cavab üçün çərçivə yaradıb. Albaniya Prezidenti ABŞ-da Ermənistanla əldə olunmuş razılaşmaya görə Azərbaycana təşəkkür edib.

COP29-un Prezidenti Muxtar Babayev çıxışında ötən il Azərbaycanda keçirilən COP29-un çoxtərəfliliyin real və tarixi nəticələr verməyə qadir olduğunu nümayiş etdirdiyini bildirib.

O deyib ki, COP29-da danışıqçıların üzərində təxminən on ildir müzakirələr apardığı məsələlər üzrə sövdələşmələr əldə olunub.

Tədbirdə çıxış edən Bosniya və Herseqovina Prezidentliyinin sədri Jelko Komçiş, Monteneqro Prezidenti Yakob Milatoviç, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus, Birləşmiş Krallığın keçmiş Baş naziri Qordon Braun, Bolqarıstanın Baş naziri Rosen Jelyazkov, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və digər qonaqlar çoxtərəfliliyin qarşılaşdığı çətinliklər, BMT-də islahatların zəruriliyi, dünyada sülhün və sabitliyin təmin olunması istiqamətində atılmalı addımlar, birgə fəaliyyət, iqlim böhranı ilə mübarizə barədə danışıblar. O cümlədən tədbirdə Avropa ilə Asiya arasında bağlantı, region ölkələrinin bu istiqamətdə rolu və layihələrin insanların rifahına təsirinə toxunulub.

Tədbir çərçivəsində qlobal liderlərin, siyasətçi və ekspertlərin iştirakı ilə “Çoxtərəfliliyin bu günü: çağırışlar və imkanlar”, “Fərqin aradan qaldırılması: Çoxtərəfli səylərdə qlobal bərabərsizliklə mübarizə”, “İqlim dəyişiklikləri və qlobal mübarizə”, “Geosiyasi gərginliklər və onların çoxtərəfliliyə təsirləri” mövzusunda panel müzakirələri keçirilib.




Baxış sayı: 130
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30