İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramın və yeni quruluşda “Nəsimi dastanı” baletinin son məşqləri gedir.
Sentyabrın 24-də Nəsimi festivalı çərçivəsində Şamaxıdakı Nəsimi Bağları Kompleksində təqdim ediləcək bədii proqramda ilk əvvəl F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının təqdimatında “Sufi” rəqsi nümayiş olunacaq.
Daha sonra Əməkdar artist Sevda Ələkbərzadə “Mərhaba, xoş gəldin” deyəcək.
Tanınmış müğənni Çingiz Mustafayev və türkiyəli yazar, musiqiçi Hakan Mengüçun ifasında “Qafil, oyan” səslənəcək.
Xalq artistləri Alim Qasımov, Natiq Şirinov və “Natiq” ritm qrupu, tanınmış müğənni AISEL, əməkdar artist Elnur Mikayılov (kamança), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının təqdimatında isə “Dönməzəm” dinləniləcək.
Bədii proqram dahi bəstəkar Fikrət Əmirovun ölməz əsəri - “Nəsimi dastanı” baletinin yeni quruluşda nümayişi ilə başa çatacaq. Balet Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə balet truppasının ifasında nümayiş olunacaq.
Bu təqdimatı özünəməxsus edən isə Şamaxıda yeni ucaldılan möhtəşəm Nəsimi abidəsinin önündə baş tutması olacaq.
Builki Nəsimi festivalı 23-25 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçiriləcək.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
