Hər il Leopold və Mstislav Rostropoviçlər ev-muzeyində dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü müxtəlif tədbirlərlə qeyd edilir. Bu il də ənənəyə sadiq qalaraq muzeydə “Əbədi melodiyalar: Üzeyir Hacıbəyli-140” adlı tədbir təşkil edilib.
Muzeydən Fact-info.az-a bildirilib ki, tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin unudulmaz əsərlərindən ibarət möhtəşəm konsert proqramı təqdim olunub.
Konsert proqramında məktəbin xor kollektivi və kamera orkestrinin ifasında bəstəkarın “Leyli və Məcnun” operasından “Şəbi hicran” xoru, “Arşın mal alan” operettasından “Müqəddimə”, simli kvintet və qanunçular ansamblının ifasında “Arazbari”, “Koroğlu”, “Cəngi” kimi əsərləri səsləndirilib.
Qonaqlardan musiqişünas Leyla Həsənova çıxış edərək dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edib. Dahi bəstəkar Ü.Hacıbəylinin çıxış etdiyi videolent təqdim olunub.
Muzeyin rəhbərliyi tərəfindən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinə, xor kollektivinə, kamera orkestrinə, xalq çalğı alətləri ansamblına və müəllim kollektivinə təşəkkürnamələr verilib.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
