FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Dahi Azərbaycan bəstəkarının kitabının təqdimatı Özbəkistanda olacaq
16-09-2025, 10:30 | MƏDƏNİYYƏT
Dahi Azərbaycan bəstəkarının kitabının təqdimatı Özbəkistanda olacaq

Sentyabrın 16-da Daşkənddə dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” adlı ölməz əsəri özbək dilində təqdim ediləcək. Fact-info.az xəbər verir ki, bu nəşr Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir.

İlk dəfə olaraq kitab tam şəkildə özbək dilinə tərcümə edilərək nəfis şəkildə çap olunub. Bununla da dahi bəstəkarın ideyaları daha geniş oxucu kütləsinə çatdırılır.

Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” əsəri təkcə bir kitab deyil, milli musiqi düşüncəsinin bünövrəsini təşkil edən, xalq musiqimizin fəlsəfəsini, muğamın incəliklərini, melodiyanın ruhunu elmi əsaslarla izah edən fundamental tədqiqatdır. Bu monumental irs, Azərbaycan musiqisinin zənginliyini sistemləşdirərək onun ümumbəşəri dəyər daşıdığını bir daha sübut edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında imzaladığı Sərəncama əsasən təşkil edilən bu tədbir, görkəmli bəstəkarın zəngin yaradıcılıq irsinin özbək tələbələri və musiqisevərləri tərəfindən dərindən öyrənilməsi, onun milli musiqi mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərinin təbliği və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.

Daşkənddə keçiriləcək bu təqdimat, sadəcə, bir kitabın tanıdılması deyil, həm də Azərbaycan və Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlığın yeni mərhələsinə açılan bir qapıdır. Bu tarixi hadisə iki qardaş xalqın musiqi yaddaşını birləşdirərək gələcək nəsillər üçün zəngin bir irs qoyacaq.




Baxış sayı: 100
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30