FACT-INFO.AZ » AKTUAL » Bakının qurtuluşu Azərbaycanın müstəqilliyinin təsdiqi idi
15-09-2025, 10:00 | AKTUAL
Bakının qurtuluşu Azərbaycanın müstəqilliyinin təsdiqi idi

Heç kimə sirr deyil ki, 1918-ci-ildə neftlə zəngin olan Bakını bolşevik Rusiyasının nəzarətində olan erməni şəhərinə çevirmək hədəflərdən biri olub. Lakin düşmən qüvvələrin bu planları baş tutmadı.

 

Azərbaycan Xalq Cümhuriyyətində  təmsil olunan fədakar insanlar mümkün olmayanı mümkünə çeviriblər. Azərbaycan  müstəqilliyə nail olmaqla, 114 min kv. km ərazini dünyaya tanıtmaqla müasir dövlətçiliyimizin əsasını qoyub. Bəlkə də həmin  AXC qurulmasaydı Azərbaycan sonrakı dövrlərdə Rusiyanın hansısa muxtar vilayəti kimi qala bilərdi.

 

15 sentyabrda Bakının qurtuluşu Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisə olub. Həqiqətən   azərbaycanlıların  iştirakı və türk qardaşlarımızın dəstəyi ilə yaranan  Qafqaz İslam Ordusunun  gəlişi minlərlə günahsız insanı fəlakətdən, erməni vəhşiliyindən qurtardı. Bu barədə böyük ziyalı,  dahi bəstəkar Üzeyir Hacıbəyli 1918-ci ilin mart-may aylarında ermənilərin bu hərəkətləri ilə bağlı yazırdı: “Əgər Turk qəhrəmanları vaxtında köməyə gəlməsəydilər, azğınlaşmış ermənilər nəinki Bakıda, Şamaxıda, Qubada, bəlkə də bütün Azərbaycanda daşı daş üstə qoymazdılar”.

 

Bakının 6 aylıq işğalna son qoyulması  Azərbaycanın demokratik dövlətçilik  tarixinin formalaşmasına, dövlət kimi hüquqi və faktiki cəhətdən tanınmasına təkan verdi.  Düzdür, Bakının o zaman işğaldan azad olunmasını aşağılamaq istəyən milli xəyanətkarlar oldu. Ümumiyyətlə, Azərbaycanın ədalətli mövqeyinə zərbə vuran, müqqədəs işləri ləkələyənləri lənətləmək, qınamaq lazımdır. O zaman yüzlərlə Azərbaycan və türk əsgəri birlikdə öz şirin canlarından keçib  Bakının azad olunması yolunda şəhid oldular. Bu gün biz həmin insanları böyük ehtiram hissilə anırıq. Onların ruhları qarşısında baş əyirik. Hansısa bir şarlatan çıxıb bu müqqədəs işlərə, bu ülvi amallara ləkə yaxırsa onun milli kimliyi, dini, imanı şübhə doğurur.

 

Azərbaycan Cümhuriyyətinin Baş naziri Fətəlixan Xoylu 1918-ci il, 19 sentyabrda Nuru Paşaya müraciət ünvanlamışdı: “Qafqaz İslam Ordusunun Komandanı Səadətli Nuru Paşa cənablarına! Komandanlığınız altındakı cəsur əsgərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətim şəxsinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar duyuram“.

 

Böyük ideallar uğrunda vuruşan və siyasətə əxlaqi dəyərlər gətirən Azərbaycan  Xalq Cümhuriyyətnin simaları  bizim üçün hər zaman örnək olaraq qalacaqlar. Onların irsi daim öyrənilməlidir.  Xalq Cümhuriyyətinin fədakar liderlərini, işıqlı insanlarını biz yaxından tanımalıyıq. Gənc nəslə örnək olacaq bu insanlar heç zaman unudulmamalıdır. Millətin azadlıq ideyaları, dövlətçilik təfəkkürü belə şəxsiyyətlərin yaradıcılığında, mübarizə ruhundadır!

 

                 Əkrəm Bəydəmirli

 




Baxış sayı: 340
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30