FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Türk dövlətlərinin tarixi” akademik nəşrinə hazırlıq üzrə iclas keçirilib
11-09-2025, 09:00 | MƏDƏNİYYƏT
“Türk dövlətlərinin tarixi” akademik nəşrinə hazırlıq üzrə iclas keçirilib

Almatıda Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Türk Akademiyasının təşkilatçılığı ilə türk dövlətlərinin tarixinə dair vahid akademik əsərin hazırlanmasına həsr olunmuş ikinci işçi görüş keçirilib. 

Türk Akademiyasının mətbuat xidməti xəbər verir ki, akademiyanın prezidenti Şahin Mustafayev, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Janseit Tuymebayev, Türkiyə Tarix Cəmiyyətinin sədri Yüksel Özgen, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının üzvü İkram Adırbekov, TDT-yə üzv və müşahidəçi ölkələrin tarix və arxeologiya institutlarının rəhbərləri, tanınmış alimlər və ekspertlər iştirak ediblər.

Türk Akademiyasının prezidenti, akademik Ş. Mustafayev fundamental əsərin yaradılması üçün alimlərin səylərinin birləşdirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu, türk xalqlarının zəngin tarixi irsini sistemli və obyektiv şəkildə təqdim etməyə imkan verəcək.

İşçi görüş zamanı iştirakçılar gələcək monoqrafiyanın strukturu ətrafında geniş müzakirələr aparıb, təkliflərlə çıxış edib, ayrı-ayrı bölmələr üzrə işçi qrupların tərkibini razılaşdırıblar.

Xatırladaq ki, türk dövlətlərinin ümumi tarixinin yazılması təşəbbüsü ötən ilin 6 noyabrında Bişkekdə keçirilmiş TDT-nin XI Sammitində irəli sürülmüşdü.

Dövlət başçılarının tapşırığına əsasən, layihənin koordinasiyasını Türk Akademiyası həyata keçirir. Layihə çərçivəsində ilk işçi görüş bu ilin fevralında Ankarada baş tutub. Görüşün yekununda əməkdaşlıq protokolu imzalanıb, gələcək əsərin ümumi planı və konsepsiyası nəzərdən keçirilib, ikicildlik nəşrin hazırlanması barədə qərar qəbul olunub, həmçinin iştirakçı ölkələrin hər birindən milli komissiyalar formalaşdırılıb.




Baxış sayı: 135
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30