FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Reza Deqati Çində beynəlxalq tədbirdə Qarabağ həqiqətlərini dünyaya çatdırıb
8-09-2025, 16:00 | MƏDƏNİYYƏT
Reza Deqati Çində beynəlxalq tədbirdə Qarabağ həqiqətlərini dünyaya çatdırıb

Dünyaşöhrətli fotoqraf Reza Deqati Çin Xalq Respublikasının Hunan vilayətində keçirilən Beynəlxalq Foto Sənəti Federasiyasının (International Federation of Photographic Art – FIAP) 9-cu Foto Görüşü beynəlxalq foto tədbirinə əsas çıxışçı və mentor kimi dəvət olunub. Tədbir FIAP, Çin Foto Sənəti Cəmiyyəti, eləcə də Hunan vilayətinin Xarici İşlər İdarəsi və Mədəniyyət-Turizm Departamenti tərəfindən təşkil edilib.

Görüş çərçivəsində Reza Deqati 15 gün ərzində 40 ölkədən, həmçinin Çindən olan 400-dən çox fotoqrafla birlikdə səyahət edib və öz təcrübələrini bölüşüb.

Tədbirin iştirakçılarından Rasha Al Abdali öz sosial media səhifəsində qeyd edir: "9-cu Foto Görüşü zamanı əfsanəvi fotojurnalist Reza Deqatinin mühazirəsini dinləmək şansımız oldu. Onun dərin və ilhamverici təqdimatı hər kəsi ovsunladı – işi bizi həm təsirləndirdi, həm ümidləndirdi, həm də güldürdü. 60 ildən çox davam edən yaradıcılıq yolunun hikməti bir anlıq hamını düşündürdü. Deqatinin insanlıq və dəyərlər haqqındakı mesajı bizə unudulmaz dərs verdi: sənət vasitəsilə insanlığın əsas prinsiplərini əks etdirərək güclü təsir yaratmaq və bu qarışıq dünyanı bir az da olsa daha yaxşı bir yerə çevirmək mümkündür”.

Çıxışında Reza Deqati müxtəlif ölkələrdə çəkdiyi fotoları və videoları təqdim etməklə yanaşı, xüsusi olaraq Qarabağ həqiqətlərini tədbir iştirakçılarına çatdırıb. Onun Qarabağla bağlı danışdığı hekayələr beynəlxalq fotoqraflar arasında böyük maraq doğurub. Reza Deqati çıxışında deyib: “Məni ən çox təəccübləndirən o oldu ki, Türkiyədən olan bir fotoqraf istisna olmaqla, digər 399 fotoqraf Qarabağ haqqında yalnız erməni rəvayətlərini bilirdi. Bu, Qarabağ həqiqətlərini yaymaq üçün hələ uzun yolumuz olduğunu göstərir. Amma əminəm ki, həqiqət qalib gələcək”.

Bu beynəlxalq platformada Reza Deqatinin çıxışı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımdır.




Baxış sayı: 100
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30