FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Azərxalça”nın məhsulları dünyanın ən tələbat duyulan xalçaları sırasında təqdim olunub
5-09-2025, 15:00 | MƏDƏNİYYƏT
“Azərxalça”nın məhsulları dünyanın ən tələbat duyulan xalçaları sırasında təqdim olunub

Dünyanın məşhur, interyer üçün əl istehsalı xalça və tekstil məhsullarında ən son beynəlxalq tendensiya və yeniliklərə həsr olunmuş, İngiltərədə nəşr olunan “COVER” jurnalının builki yeni nəşrində “Azərxalça” ASC-nin müasir xalçaları da yerini alıb. Xalça yaradıcılığı ilə yanaşı, incəsənət sahəsində aparıcı nəşr hesab olunan “COVER”in hər buraxılışı saysız-hesabsız interyer dizaynerlər, böyük brendlər və bu sahənin əsas oyunçuları tərəfindən izlənilir. Nəşrin buraxılışında həmçinin xalçalarla yanaşı may ayında Bakıda təşkil olunmuş Beynəlxalq xalça festivalı haqqında da geniş məlumat yayımlanıb.

“Azərxalça” ASC- dən bildirilib ki, Azərbaycanın ən böyük xalça istehsalçısı hesab olunan “Azərxalça” ASC-də artıq bir neçə ildir ki, ənənəvi xalçalarla yanaşı müasir dizaynda da xalçaların istehsalı davam edir. Müasir xalçaların əksəriyyəti müxtəlif istedadlı rəssam, dizayner və yaradıcı insanların ortaq əməyinin nəticəsidir. Bu sıradan Aydan Salahova ilə ortaq “Qadın” və “Memarlığın yaddaşı”, rəssam Samirə Allahverdiyeva ilə birgə “Bağçada meyvələr” və “Nar və əncirin simfoniyası” məhdud saylı kolleksiyalarını misal göstərmək olar. Hər kolleksiyaya daxil olan xalçalar Azərbaycanla yanaşı dünyanın müxtəlif şəhərlərində sərgilərdə böyük marağa səbəb olub, uğurla satışı təşkil edilib.

Xalçaların istehsalı və satışı ilə yanaşı “Azərxalça” milli-mənəvi sərvətimiz hesab olunan xalçaçılıq sənətinin həm ölkəmizdə, həm də ölkə sərhəddindən xaricdə təbliğat və təşviqat fəaliyyətinin davam etdirir. Artıq 2025-ci ilin ilk aylarından etibarən ASC-nin Praqada Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərxalça” və “Halama” Çex Kristal Şirkətinin təşkilatçılığı ilə “İki gözəllik harmoniyası: Azərbaycan xalçası və Çex kristalı” sərgisi, Azərbaycanın Moldovadakı səfirliyi, “Azərxalça” ASC və Kişineu Milli Tarixi Muzeyinin təşkilatçılığı ilə “Gözəlliyin harmoniyası. Azərbaycan xalçalarının zamansız zərifliyi” sərgisi, Azərbaycanın Niderlanddakı səfirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə Haaqada “Azərbaycan xalçalarının möhtəşəmliyi: sənət vasitəsilə öyrənmək” sərgisi təşkil olunub.

“Azərxalça” ASC-nin 2024-cü il üzrə maliyyə-iqtisadi göstəriciləri də müəssisənin fəaliyyətində sabit inkişaf və müsbət dinamikanın müşahidə olunduğunu göstərir. 2023-cü illə müqayisədə xalça satışında 26 faiz artım qeydə alınıb. Bu nəticə həm məhsul istehsalının səmərəliliyinin yüksəldiyini, həm də bazarda satış imkanlarının genişləndiyini nümayiş etdirir. Müəssisənin ixrac potensialının gücləndirilməsi və daxili bazarda mövqelərin möhkəmləndirilməsi bu artımın əsas amillərindəndir. Son illər “Azərxalça” ASC-nin əsas fəaliyyət istiqamətlərindən biri olan ipək xalça istehsalında da nəzərəçarpacaq inkişaf müşahidə olunur. 2023-cü illə müqayisədə 2024-cü ildə ipək xalça istehsalı 180 faizdən çox artıb. Lüks seqment olan ipək xalçaların hər kvadratmetrinin orta satış qiyməti 3500 manata yaxın olmasına baxmayaraq, istehsal olunmuş məhsul 90 faizədək satılıb.

2024-cü ildə gəlirlərin artımı, xərclərin optimallaşması, istehsal həcminin əhəmiyyətli dərəcədə yüksəlməsi və satışın müsbət dinamikası “Azərxalça”nın dayanaqlı inkişafının təsdiqidir.

2025-ci ilin ilk altı ayı üzrə mövcud proqnozlar da müsbət qiymətləndirilir. İlin birinci yarısında əldə olunmuş nəticələr müəssisədə pozitiv proseslərin davam etməsini göstərir. Bu isə “Azərxalça” ASC-nin qarşıya qoyduğu strateji hədəflərə uyğun olaraq, istehsalın artırılması, ixrac imkanlarının genişləndirilməsi və maliyyə sabitliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımların düzgünlüyünü bir daha təsdiqləyir.

İdarəetmədə tətbiq olunan səmərəli qərarlar, resurslardan rasional istifadə və xərclərin optimallaşdırılması üzrə aparılan tədbirlər nəticədə müəssisənin maliyyə dayanıqlığının möhkəmləndirilməsinə mühüm töhfə verib.




Baxış sayı: 130
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30