FACT-INFO.AZ » AKTUAL » Telekanallar tədqiqat sahəsinə diqqəti artırmalıdır
5-09-2025, 12:30 | AKTUAL
Telekanallar tədqiqat sahəsinə diqqəti artırmalıdır
Bəşər övladı dünyaya gələndən problemlərlə üzləşir, çətinlikdən qurtulmaq üçün yollar axtarır. Müasir dünyada, cəmiyyətlərdə isə vəziyyət daha mürəkkəbdir. Bu gün bizi düşündürən, narahat edən bir çox mürəkkəb məsələlərə aydınlıq gətirmək üçün ciddi tədqiqatlara ehtiyac var. Təəssüf ki, Azərbaycan teleməkanında siyası proqramlar istisna olmaqla geniş miqyaslı tədqiqat xarakterli verilişlərə rast gəlmirik. Bəlkə mən görməmişəm. Yeni mövsümün başlaması ilə əlaqədar yeni verilişlər hazırlancaq. İntellektual yükü olmayan, yalnız şit şoularla insanları əyləndirməyə istiqamətlənmiş verilişlərin cəmiyyət üçün faydası yoxdur. Yenə ailə, məişət məsələləri ilə gündəmi zəbt edəcək.
Müşahidələrimizə əsasən onu deyə bilərik ki, bəzi tv-lər strateji cəhətdən millətə ziyan gətirəcək verilişlərə üstünlük verirlər. Ailə, məişət məsələləri, arvad boğuşmaları, ər-arvad çəkişmələri televiziya verilişinin müzakirəsinə çevrilməməlidir. Əgər belə problemlər mövcuddursa, onun həlli ilə məşğul olan dövlət qurumları var. Deməli, həmin dövlət qurumları öz işi ilə layiqincə məşğul olmadığına görə, bu rüsvayedici məsələlər televiziyada gündəmə gətirilir. Peşəkar teletəndiqin və hər hansı hüquqi məsuliyyətin olmaması, millətin və dövlətin strateji maraqlarına zərbə vuracaq ailə məsələlərinin telekanallarda müzakirəsinə rəvac verir.
Milli Məclis daxil olmaqla bir çox yüksək səviyyələrdə belə xoşa gəlməyən məqamlara münasibət bildirilib, tənqidi fikirlər səslənib. Nəticədə heç bir dəyişiklik yoxdur. Düşünürəm ki, dövlətimiz bu qorxulu tendensiyanın aradan qaldırılması istiqamətində təcili addımlar atmalıdır. Həmçinin reklam bazarının inkişafı və peşəkar səviyyədə tənzimlənməsi ilə bağlı zəruri işlər görülməlidir. Reklam məsələsi geniş mövzudur. Bu strateji sahə geniş araşdırılmalı və problemlər həll olunmalıdır.
Əlqərəz, bu gün telekanallar tədqiqat sahəsinə diqqəti artırmalıdır.
İnsanların erkən qocalması, xəstəliklərin sürətlə artması, qida təhlükəsizliyi problemi, su çatışmazlığı məsələsi, gənclərin ailə institutuna olan münasibəti, urbanizasiya- mövcud reallıq məsələsi və digər narahatedici məqamlarla bağlı jurnalist tədqiqatı olmalıdır. Biz bu səpkidə bəzi tv-lərə layihə təqdim etmişdik. Cavab olmadı.
Əkrəm Bəydəmirli



Baxış sayı: 355
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30