Qafqazın özəlliklərindən biri də burada çoxsaylı mədəniyyətlərin olmasıdır. Bu bölgə qədim tarixə, zəngin mədəniyyətə malikdir.
Bu fikirləri jurnalistlərə müsahibəsində Bakıda keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumunda iştirak edən Türk Tarix Qurumunun sədri professor Refik Turan deyib.
Türkiyəli alim Qafqazın, eyni zamanda, maraqların toqquşduğu mürəkkəb bir region olduğunu söyləyib. Vurğulayıb ki, buna baxmayaraq, bu regionda çoxsaylı mədəniyyətlər bir yerdə yaşamağa davam edirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, Qafqaz bütün dünya dövlətlərinin diqqətini cəlb edir. Qafqazdakı, xüsusilə də Azərbaycandakı etnik zənginlik burada multikulturalizmin formalaşmasına böyük təsir göstərib. Bu region, həmçinin dünya siyasətində də böyük rol oynayır.
Baxış sayı: 1 777
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

