FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Laçında “MDB ölkələrinin beynəlxalq kino günləri” keçirilir
27-08-2025, 14:30 | MƏDƏNİYYƏT
Laçında “MDB ölkələrinin beynəlxalq kino günləri” keçirilir

Laçın Şəhəri Günü münasibətilə “MDB ölkələrinin beynəlxalq kino günləri” keçirilir.

Fact-info.az xəbər verir ki, layihə Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə reallaşır.

Avqustun 26-da şəhərdəki "Laçın" kinoteatrında kino günlərinin açılışı olub.

Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və doğma yurda qayıtmış laçınlı kinosevərlər iştirak ediblər.

Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov çıxış edərək Laçında keçirilən ilk beynəlxalq kino tədbirinin əhəmiyyətini vurğulayıb. O, layihənin təşkilinə görə Mədəniyyət Nazirliyinə və digər aidiyyəti qurumlara təşəkkürünü bildirib.

Qeyd olunub ki, üç gün davam edəcək kino günlərində 7 ölkədən səkkiz film nümayiş etdiriləcək.

Sonra tədbir iştirakçıları Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə "Hoçazfilm" kinostudiyasında istehsal olunmuş "Laçın, qubernator və mən" (rejissor: Amil Amal) sənədli filmini izləyiblər.

Ekran işi Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun həyatı və siyasi fəaliyyətini özündə əks etdirir.

Nümayişdən sonra filmin rejissoru Amil Amal ekran əsərinin ərsəyə gəlməsinə və tədbirin təşkilinə görə bütün qurumlara təşəkkürünü bildirib.

Həmin gün kinosevərlər "Nabat” (rejissor: Rəşid Süleymanov, Qazaxıstan) və “Esimde” (rejissor: Aktan Arım Kubat, Qırğızıstan) filmlərini izləyiblər.

Qeyd edək ki, “MDB ölkələrinin beynəlxalq kino günləri” avqustun 28-də başa çatacaq. Laçında “MDB ölkələrinin Gənclər Düşərgəsi” də davam edir.




Baxış sayı: 120
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30