FACT-INFO.AZ » AKTUAL » Türkmənistan-Azərbaycan-Özbəkistan formatının perspektivləri
25-08-2025, 15:00 | AKTUAL
Türkmənistan-Azərbaycan-Özbəkistan formatının perspektivləri

Avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfər edib. Səfər zamanı Azərbaycan Prezidenti ilə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun görüşləri olub. Bu görüşləri iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı keçirilən görüşlərin bir növ davamı kimi qiymətləndirmək olar. Qurbanqulu Berdiməhəmmədovun keçən ay Azərbaycana səfəri zamanı Bakıda əhatəli danışıqlar apardıqdan sonra səfərin növbəti günü, iyulun 17-də həm də Azərbaycanın işğaldan azad olunmuş ərazilərini, o cümlədən Füzuli və Şuşa şəhərlərini ziyarət etməsi Türkmənistan və Azərbaycanın qardaş dövlətlər, qardaş xalqlar kimi bir-birinin yanında olması baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Həm keçən ay Azərbaycanda, həm də indi Türkmənistanda keçirilən görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məsələləri nəzərdən keçirilib. İki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma, mədəni əlaqələr üzrə böyük perspektivlərin olduğu qeyd edilib.

Azərbaycan Prezidentinin Türkmənistana səfəri çərçivəsində həm də Azərbaycan, Türkmənistan, Özbəkistan arasında yüksək səviyyəli Zirvə görüşü keçirilib və mühüm sənədlər imzalanıb. Bu görüş və imzalanan sənədlər göstərir ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqton görüşündən sonra region ölkələrinin əməkdaşlığına yeni abu-hava gəlib. Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Bəyannamə Azərbaycanın 2020-ci il qələbəsini, 2023-cü il sülh razılaşmasını və regionda qurduğu yeni təhlükəsizlik nizamını bir daha təsdiq etməsi, həmin Bəyannamənin ABŞ-nin Azərbaycanla münasibətlərini "strateji tərəfdaşlıq" səviyyəsinə qaldırılmasına yol açması, eləcə də İmzalanan Birgə Bəyannamənin əsas müddəalarından birinin Azərbaycan və Ermənistan arasında nəqliyyat və kommunikasiya əlaqələrinin açılması öhdəliyinin olması, Zəngəzur dəhlizinin açılması üçün hüquqi əsasın yaradılması təkcə Azərbaycan və Ermənistan üçün yox, bütövlükdə bölgə ölkələrinin xeyrinədir. Zəngəzur dəhlizinin açılması Azərbaycanın Türkiyə və Türk dünyası arasında əlaqələrinin güclənmsinə də öz töhfəsini verəcək. Bu kontekstdə Azərbaycan, Türkmənistan, Özbəkistan arasında yüksək səviyyəli Zirvə görüşündə əməkdaşlığın əsas istiqaməti-nəqliyyat sektoru ilə bağlı perspektivlər oldu. “Böyük İpək Yolu”nun bərpası üçün Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində əlaqələri genişləndirmək barədə razılığa gəlindi. Xüsusən, Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirildi.

Azərbaycan-Türkmənistan-Özbəkistan Zirvə görüşü çoxtərəfli münasibətlər baxımından tarixi əhəmiyyət daşıyır. Bu görüşdə üç qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açıldı. Yeni, perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradıldı.Bu görüş həm də onu göstərir ki, Azərbaycan-Türkmənistan-Özbəkistan münasibətləri yeni fazaya keçib və yüksəliş dövrünü yaşayır. Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksək səviyyəli görüşün yekunlarına dair birgə bəyanatda xüsusi vurğulandığı kimi, bu görüş xalqlarımızın maraqları naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradəni əyani şəkildə nümayiş etdirdi. Bu tarixi görüş ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, dayanıqlı ticarət, nəqliyyat və energetika dəhlizlərinin yaradılmasına, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək.

Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Bu amil ölkələrimiz qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni imkanlar açıb. Bu üç ölkənin iqtisadi əməkdaşlıq baxımından potensialınının yüksək səviyyədə hərəkətə gətirilməsi regionumuz daxilində geoiqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək. Bu isə təkcə Azərbaycan, Türkmənistan və Özbəkistana yox, həm də bütövlükdə Avrasiya regionunun inkişafına töhfə verəcək. Azərbaycan-Türkmənistan-Özbəkistan formatı həm Türk Dövlətlərinin əməkdaşlığının genişlənməsində, həm də Mərkəzi Asiya ölkələrinin Avropa ilə inteqrasiyasında Azərbaycanın rolunu və əhəmiyyətini artırır.

Əli Məsimli,

Milli Məclisin deputatı




Baxış sayı: 150
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30