FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » "Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında strateji söz sahibinə çevrilib"
23-08-2025, 14:30 | TƏDQİQATLAR-ANALITIKA
"Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında strateji söz sahibinə çevrilib"

"Prezident İlham Əliyevin Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilmiş yüksək səviyyəli Zirvə görüşündə səsləndirdiyi fikirlər bölgədə yeni tarixi mərhələnin başlanğıcıdır. Bu çıxış həm regionda inteqrasiya proseslərinin güclənməsinə, həm də türkdilli dövlətlərin qlobal siyasi və iqtisadi məkanda daha güclü mövqelərə sahib olmasına xidmət edir. Prezidentin Avazada səsləndirdiyi mesajlar yalnız ikitərəfli dostluq münasibətlərinin təsdiqi deyil, eyni zamanda gələcək geosiyasi konfiqurasiyanın əsas istiqamətlərinə dair strateji baxışdır. Azərbaycan lideri vurğuladı ki, Türkmənistan bu gün etibarlı əllərdədir və Avazada müşahidə olunan inkişaf ölkənin düzgün idarəçilik xəttinin nəticəsidir. Bu sözlər əslində təkcə Türkmənistana ünvanlanan səmimi hörmət deyil, həm də Azərbaycanın regiondakı tərəfdaşlarına münasibətdə sərgilədiyi qardaşlıq və etimadın göstəricisidir. Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması isə sadəcə simvolik sənəd deyil, xalqlarımızın tarixi köklərindən gələn birliyin rəsmi təsdiqidir. Oğuz kökənindən gələn Azərbaycan və Türkmənistan xalqları bu gün də bir-birinə arxalanaraq gələcəyə doğru addımlayırlar".

Bu fikirləri millət vəkili Fatma Yıldırım bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Füzulidə türkmən xalqının hədiyyəsi olan məscidin inşası ilə bağlı dedikləri həm mənəvi, həm də siyasi rəmz daşıyır. Qarabağın bərpasında türkmən dəstəyinin belə konkret layihə ilə təzahür etməsi, bölgədə qardaşlığın və həmrəyliyin necə möhkəm əsaslara söykəndiyini göstərir. Bu addım həm də Ermənistanın işğalı nəticəsində illərlə dağıdılmış torpaqlarımızda yeni həyatın bərpasına töhfədir.

Azərbaycan Prezidentinin Özbəkistanla bağlı səsləndirdiyi fikirlər də xüsusi diqqətə layiqdir. Xankəndidə yüzlərlə insana iş yeri verən tikiş fabriki və Füzulidə açılmış Mirzə Uluqbəy məktəbi sadəcə sosial-iqtisadi layihələr deyil, həm də qardaşlığın əməli ifadəsidir. Prezident İlham Əliyevin sözləri ilə desək, bu təşəbbüslər Azərbaycana qardaşlıq adı altında verilən ən dəyərli hədiyyələrdir. Burada diqqətçəkən məqam odur ki, Özbəkistan yalnız sözlə deyil, əməli addımlarla Azərbaycanın yanında olduğunu sübut edir.

Zirvə görüşünün ən strateji məqamlarından biri isə üçtərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi mesajdır. Bu, sadəcə texniki əməkdaşlıq platforması deyil, bölgənin geosiyasi çəkisini artıracaq yeni bir birlikdir. Nəqliyyat və logistika xətləri üzərində birləşən Azərbaycan, Türkmənistan və Özbəkistan, əslində, Orta Dəhliz adlanan qlobal tranzit marşrutunu daha da gücləndirir. Bu isə Çindən Avropaya uzanan ticarət yollarında Türk dünyasının əsas oyunçuya çevrilməsi deməkdir. Azərbaycanın təşəbbüskarlığı ilə reallaşan bu layihələr həm regional, həm də qlobal güc balansında yeni imkanlar açır:

"Prezident İlham Əliyev göstərdi ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında strateji söz sahibinə çevrilib. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz enerji, nəqliyyat, logistika və siyasi əməkdaşlıq sahələrində qlobal oyunçuların diqqət mərkəzindədir. Məhz bu liderlik sayəsində Azərbaycan həm Qərb, həm də Şərq üçün etibarlı tərəfdaş kimi tanınır. Bu Zirvə görüşü sübut etdi ki, Prezident İlham Əliyev yalnız Azərbaycanı deyil, bütün Türk dünyasını yeni bir mərhələyə aparan liderdir. Onun təşəbbüsləri nəticəsində türkdilli dövlətlər artıq sözdə deyil, əməli addımlarla birləşərək, həm regional sabitliyi, həm də qlobal əməkdaşlığı təmin edirlər. Azərbaycan Prezidenti bir daha nümayiş etdirdi ki, dahi siyasətçi olmaq üçün təkcə liderlik bacarığı deyil, həm də strateji vizyon və xalqların gələcəyinə yönəlmiş uzaqgörənlik lazımdır. Beləliklə, Avazadakı Zirvə görüşü tarixi hadisə kimi qiymətləndirilməlidir. Bu görüşün arxasında duran əsas məna odur ki, Azərbaycan, Türkmənistan və Özbəkistan birgə gücünü birləşdirərək bölgədə sülh, sabitlik və inkişaf üçün yeni əməkdaşlıq platforması qururlar. Bu əməkdaşlıq formatı təkcə regional maraqlara deyil, həm də qlobal geosiyasi proseslərə təsir edəcək bir amilə çevrilir. Azərbaycanın bu prosesdə lider mövqeyini təmin edən əsas faktor isə Prezident İlham Əliyevin müdrikliyi, uzaqgörən siyasəti və qətiyyətidir".




Baxış sayı: 140
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30