“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film layihəsinin icrasına başlayıb.
Fact-info.az xəbər verir ki, layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərini, eləcə də bu torpaqlara “Böyük Qayıdış”ı əks etdirən sənədli film istehsal etməkdir.
Filmdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, onun nəticəsində başlanan genişmiqyaslı yenidənqurma işləri və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı yaradıcı şəkildə təqdim olunacaq.
Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi orta qrant müsabiqəsinin qalibi olub.
Baxış sayı: 175
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
