FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Şəhid jurnalistlərin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub
30-07-2025, 09:30 | MƏDƏNİYYƏT
Şəhid jurnalistlərin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub

Torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olan mətbuat nümayəndələrinin - şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş film Mərkəzi Elmi Kitabxananın Qarabağ müharibəsi qəhrəmanları fondunda ictimaiyyətə təqdim olunub. Ekran əsərinin təqdimatı Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşəbbüsü ilə reallaşıb.

Mərasimdə Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev, BDU-nun Jurnalistika fakültəsinin Multimedia və Elektron Kommunikasiya kafedrasının professoru Sevil Həsənova, Azərbaycan Televiziyasının İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun professoru Asif Rüstəmli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərova, AzTV-nin Beynəlxalq Radiosunda proqram rəisi, filologiya üzrə fəlsəfə doktoru Natəvan Atamoğlanova, Fondun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əfəndiyeva çıxış edərək xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan jurnalistlərin mediadan döyüş cəbhəsinə uzanan ömür yolundan söz açıblar.

Zəfərimizin memarı olan vətən övladlarının xatirəsi işığında Kaşqari Fondunun təşəbbüsü ilə mütəmadi keçirilən belə anım tədbirlərinin gəncliyimiz üçün böyük əhəmiyyətini diqqətə çatdıran Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova mənəvi dəyəri böyük olan bu işləri ərsəyə gətirənlərə iştirakçılar adından minnətdarlığını bildirib.

Diqqətə çatdırılıb ki, bu, Mahmud Kaşqari adına Beynəlxalq Fondun “Cəbhə gündəlikləri” memuarı və silsilə portret filmləri layihəsi əsasında baş tutub. Məqsəd gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, gənclərə milli-mənəvi dəyərlərimizin təbliği, Vətən qarşısında peşə məsuliyyətinin və vətəndaşlıq borcunun müqəddəsliyini aşılamaq, Vətənə sevginin ideal nümunəsi kimi şəhidlərin örnək həyatını işıqlandırmaq, kitab səhifələrində, film kadrlarında əbədiləşdirməkdir.

Sonra ekran əsəri təqdim olunub.

Filmdə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıran Milli qəhrəmanlar Çingiz Mustafayevin, Salatın Əsgərovanın, döyüşlərdə həm qələmi, həm silahı ilə vuruşan Kazımağa Kərimovun, Qarakənd faciəsində şəhid olan Alı Mustafayev, Osman Mirzəyev, Fəxrəddin Şahbazovun, 44 günlük müharibədə şəhid olan Azad Azərbaycan Televiziyasının əməkdaşı Davud Qurbanovun, işğaldan azad olan kəndlərimizi, şəhərlərimizi qarış-qarış, addım-addım gəzərək ermənilərin törətdiyi vəhşilikləri sənədləşdirən fədakar jurnalist, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin əməkdaşı Sirac Abışovun şəxsində şəhidlərimizin ömür yolu işıqlandırılıb.

 




Baxış sayı: 100
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30