Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə son günlər mövsümlə əlaqədar olaraq havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq sahələrində yanğın hadisələrinin artması ilə bağlı vətəndaşlara çağırış edib.
Fact-info.az xəbər verir ki, çağırışda azad edilmiş ərazilərə vətəndaşların istirahət və ziyarət xarakterli səfərlərinin intensivləşməsi və qayıdış prosesində iştirak edən sakinlərin sayının artması müşahidə olunduğu qeyd edilir.
Çağırışda bildirilir ki, işğaldan azad olunmuş ərazilərdə olarkən odla davranış qaydalarına ciddi riayət etsinlər: “Açıq alovdan istifadə zamanı ehtiyatlı davransınlar. Siqaret kötüklərini yerə atmaqdan çəkinsinlər.
Baş verə biləcək genişmiqyaslı yanğın hadisəsi zamanı həmin ərazilərdə atılıb qalan mina və digər partlayıcı sursatlar hərarətin təsirindən işə düşə və yaxınlıqda olan hər hansı bir şəxs və ya şəxslərə ciddi ziyan vura bilər.
Eyni zamanda, qeyd edək ki, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən süni maneələr və istehkamlar, eləcə də təbii olan bitki örtüyünün heç bir resurslarla təmizlənməsi mümkün olmayan ərazilərdə yandırma fəaliyyəti kimi prosedur mövcuddur. Lakin ANAMA tərəfindən bu kimi fəaliyyət icra edilmir.
İşğaldan azad edilmiş ərazilərdə yanğın və ya mina təhlükəsi halları ilə qarşılaşdıqda dərhal 805, 102 və ya 112 nömrələrinə müraciət etməyiniz tövsiyə olunur. Özümüzü, yaxınlarımızı, təbiətimizi və Vətən torpağını birgə qoruyaq”.
Baxış sayı: 150
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
