Bu gün insanlıq qarşısında duran ən böyük məsələ dünyanı qorumaqdır. Hazırda dünya çox təhlükəli bir mərhələ yaşayır, dünyada çoxsaylı münaqişələr var, elə bizim regionda bir neçə münaqişə var, o cümlədən, Azərbaycan erməni təcavüzünə məruz qalıb.
Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün “İslam həmrəliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” adlı beynəlxalq konfransda deyib.
M.Qurbanlı bildirib ki, 67 ölkənin ərazisində silahlı toqquşmalar baş verir: "Bunun nəticəsində 65 milyon insan öz yurdundan didərgin düşüb. Dünyaya olan müharibə ocaqlarının böyük hissəsi də müsəlman ölkələrinin payına düşür. İslam dünyasının inkişafını ləngitmək üçün kənardan məzhəblər arasında qarşıdurma yaradırlar. Ona görə də islam həmrəyliyi bu gün çox vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyi ili elan etməsi İslam dünyasına böyük çağırış olmaqla, bizim gələcək inkişafımıza böyük dəstək verəcək".
Komitə sədri qeyd edib ki, dünyada islamı terrora bağlamağa cəhd edirlər: "Bu gün terroru islama bağlamaq cəhdi edilir və sonradan məlum olur ki, bunu törədən müsəlman deyil. Ona görə də islam dünyası nə qədər bir olarsa, bu gərginliyə, təzyiqlərə kollektiv cavab vermək olar". (trend)
Baxış sayı: 1 820
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

