FACT-INFO.AZ » AKTUAL » Rusiya hüquq-mühafizə orqanları vəzifələrini ləyaqətlə yerinə yetirsəydilər, əsl cinayətkarlıqla mübarizə aparardılar
30-06-2025, 10:30 | AKTUAL
Rusiya hüquq-mühafizə orqanları vəzifələrini ləyaqətlə yerinə yetirsəydilər, əsl cinayətkarlıqla mübarizə aparardılar

“Rusiyanın Yekaterinburq şəhərində baş verən məlum hadisələr iki aspektdən yanaşılmalı və qiymətləndirilməlidir: hüquqi aspektdən, yeni kriminoloji vəziyyətə nəzarət, cinayətkarlığa, xüsusilə də etnik cinayətkarlığa qarşı mübarizə, bu və ya digər cinayət işləri çərçivəsində həyata keçirilən əməliyyat tədbirləri, istintaq hərəkətləri kimi; siyasi aspektdən, yəni dövlətlərarası və millətlərarası münasibətlər prizmasından”.

Bu fikirləri siyasi şərhçi Əhməd Abbasbəylinin məqaləsində yer alıb..

Məqalədə daha sonra deyilir: “Əminəm, hər kəs razılaşar ki, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, istənilən cinayət bu və ya digər ölkənin qanunvericiliyi çərçivəsində araşdırılmalı, onu törədən şəxs məsuliyyətə cəlb olunmalı və müvafiq cəzasını almalıdır.

Amma Rusiyanın TV-lərinə, mediasına diqqət yetirsək, xüsusilə son illər intensivləşən maraqlı tendensiyanın şahidi olarıq. Yayılan kriminal xəbərlərin “əsas qəhrəmanları”, Rusiyada kriminal vəziyyətlə bağlı statistikanın artımına təsir edən element bir qayda olaraq məhz ya miqrantlar, ya da Rusiya vətəndaşı olan digər xalqların, əsasən də Mərkəzi Asiyanın və Qafqazın müsəlman xalqlarının nümayəndələridir. Qəribədir ki, digər millətlərin bu və ya başqa formada iştirak etdiyi cinayət hadisələri böyük bir şouya çevrilir, gündəmi zəbt edir. Bütün media, “növbətçi ictimai-siyasi xadimlər”, pravoslav din xadimləri və s., hər kəs bu hadisədən danışır, cinayətin mahiyyəti qalır bir yanda, cinayətkarın milli mənsubiyyəti müzakirə mövzusuna çevrilir. Qısası, Rusiyanın “gebbelssayağı” təbliğatından belə təəssürat yaranır ki, bu ölkədə yerli əhali, yəni ruslar qanuna zidd əməllər yol verməyən sakit, dinc və, necə deyərlər “yumşaq və hamardırlar”, digər xalqların nümayəndələri isə “cinayətkar ünsürlərdir”. Bu səbəbdən də cinayət hadisələrinin 90-95 faizini məhz “milli azlıqlar” törədir. Bu azmış kimi, həmin kriminal hadisənin iştirakçısına qarşı törədilən qanuna və insanlığa sığmayan tədbirlər bir yana, bunu bəhanə edərək, böyük bir kampaniyalar təşkil olunur. Bu məsələyə aidiyyəti olmayan çoxsaylı miqrant saxlanılır, onlar incidilir, yaranmış vəziyyət süni şəkildə şişirdilir, bu proses hətta öz vətəndaşları olan, lakin başqa milli və dini mənsubiyyəti fərqli olanlara, qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olan digər miqrantlara qarşı reydlərlə, onlara qarşı kobud, aşağılayıcı tədbirlərlə müşayiət olunur, vətəndaşlığından asılı olmayaraq başqa xalqın nümayəndələrinin hüquqlarının, biznes fəaliyyətinin məhdudlaşdırılmasına, yerli ictimaiyyətdə onlara qarşı mənfi rəy formalaşdırılmasına səbəb olur.

Bəs əslində necədir? Doğrudanmı Rusiyada cinayətlər törədənlərin çoxu digər xalqların nümayənədləridir?

Təbii ki, Rusiyada cinayət törədən şəxslərin “milli tərkibi” (etnik mənşəyi) haqqında məlumatlar kifayət qədər məhduddur (başqa cür olsaydı təəccüblü gələrdi), ancaq mövcud statistikaya və araşdırmalara əsaslanaraq bəzi məlumatları qeyd etmək olar.

Heç demə…. 2024-cü ildə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına görə, xarici vətəndaşların törətdiyi cinayətlərin ümumi payı təqribən 4 faiz olub. Hətta digər müstəqil və xarici mənbələrdə bu rəqəm daha aşağı, 2 faiz cidarındadır. Bəlkə də bu fərqlər hesablamada istifadə olunan metodoloji yanaşmalardan qaynaqlanır. Amma hər halda ümumilikdə, kriminal statistikada digər xalqların və xarici vətəndaşların payı olduqca aşağıdır: bu rəqəm 2-4 faiz arasında dəyişir. Bu rəqəm də, Kremlə bağlı şovinist düşüncəli primitiv və manqurt solovyovların, simonyanların, babayanların, popovların, skobayevaların at oynatdığı mənfur təbliğat maşınının növbəti dezinformasiyaları alt-üst edir.

Bəs Rusiyanın əməllərini ört-basdır etməyə çalışdığı, əslində isə ölkə daxilində törədilən cinayətlərin 96-98 faizini törədən “doğma rus cinayətkarları” ilə bağlı vəziyyət necədir? Yəni, öz təbirlərincə desək “slavyan mənşəli” cinayətkarlar Rusiyada və dünyada nə işlə məşğuldurlar?

Rusiyanın “proxy criminal networks” (proksi cinayət şəbəkələri) təşkilatı regional və beynəlxalq səviyyədə fəaliyyət göstərir və birbaşa Rusiya dövləti ilə əlaqəli iqtisadi və kibercinayətlərdə iştirak etməsi ehtimal edilir (məsələn, lap bu yaxınlarda Azərbaycana qarşı da kiberhücum təşkil etmişdilər).

Qlobal miqyasda rus cinayətkar şəbəkələri ABŞ-da və Avropada geniş yayılıb. Bu ölkələrdə rus mənşəli kriminal şəbəkələr mövcuddur. Bəzi mənbələrin verdiyi məlumatlara görə Rusiyadan çıxmış 200-dən çox peşəkar kriminal təşkilat 44 ölkədə fəaliyyət göstərir. Xüsusən Yunanıstan, Kipr, Almaniya, Baltik ölkələri, Böyük Britaniya və Fransada çirkli pulların yuyulması, kibercinayətlər, silah, narkotik və insan alveri ilə məşğuldurlar. Bundan əlavə, Rusiyanın həm hədəf, həm də tranzit ölkə olaraq insan alveri və qaçaqmalçılıqda mühüm rol oynadığı beynəlxalq cinayətkarlıqla mübarizə institutlarına məlumdur. Bu şəbəkələr beynəlxalq səviyyədə “dəhşətli təhlükə” hesab olunur və ABŞ kimi ölkələr buna qarşı sanksiyalar tətbiq edir.

Yəni…. Rusiya hüquq-mühafizə orqanları vəzifə borclarını ləyaqətlə yerinə yetirmiş olsalar, öz işlərini vicdanla, peşəkarlıqla görmüş olsalar, əsl cinayətkarlıqla mübarizə aparardılar.

Ümumiyyətlə isə Rusiyanın müvafiq strukturlarının mütəmadi olaraq miqrantlara, vətəndaşlığından asılı olmayaraq digər xalqlara, xüsusilə də türk və müsəlmanlara qarşı bu cür tədbirləri cinayətkarlığın qarşısının alınması məqsədi ilə keçirilən əməliyyat tədbirlərindən daha çox siyasi tədbirlərdir. Sanki bu cür hərəkətlər digər xalqları qorxu içərisində saxlamağa, həmin milli azlıqlara yönəlmiş “əzələ nümayişidir”.

Əks halda, Rusiya hüquq-mühafizə sisteminin ən ali eşelonunda oturanlardan, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantlara, həmçinin Rusiya vətəndaşları olan digər xalqlara olan kin və nifrətini gizlətməməsini, etdiyi qanunsuz, insan haqları pozulması ilə bağlı hərəkətlərini ört-basdır etməməsini, digər xalqların nümayəndəsinin cinayətindən şou hazırlanmasını, cinayətkar olduğu ehtimal edilən şəxsin saxlanması zamanı quraşdırılmış ucuz tamaşanın aktyoru kimi Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin özünün iştirakını, bütün bu proseslərdə yol verilmiş zorakılıq, insan haqlarının pozulması, şəxsiyyətin alçadılmasını və s. qanuna zidd hərəkətlər olmaqla yanaşı, nəinki peşəkarlığa, elementar insani dəyərlərə, etikaya sığmayan əməlləri nə ilə izah etmək olar? Bu iyrəncliklərin sonradan açıq şəkildə TV-də, internetdə və mediada nümayiş etdirilməsini sağlam məntiq nöqteyi-nəzərindən izah etmək çətindir.

İstənilən halda, hər şeydən əvvəl bu cür zorakı, eyni zamanda ucuz hərəkətlər dövlətin zəiflik və acizlik göstəricidir”.

Yekaterinburq hadisələrinin siyasi mahiyyəti – dövlətlərarası, millətlərarası münasibətlər baxımından təsiri baxımından isə müəllif yazır:

“Rusiyanın siyasi rəhbərliyi, xüsusilə hazırkı iqtidarı, nə vaxt anlamağa başlayacaqlar ki, 180-dən artıq etnik qrupun yaşadığı Rusiya çoxmillətli dövlətdir, orada uzun əsrlərdir çoxsaylı xalqların nümayəndələri birlikdə yaşayır və çalışırlar. Tarix sübut edir ki, Rusiyanın millətlərarası siyasətində ciddi səhvlərə yol verilib, bu siyasət daim bir xalqın xeyrinə istifadə olunub. Bir neçə xalq istisna olmaqla əksər xalqlar ciddi demoqrafik, dil, mədəniyyət və resurslardan istifadə problemləri ilə üzləşiblər.

Digər dövlət və xalqlarla münasibətə qaldıqda isə burada məsələ daha aydındır, Rusiyaya nifrət edənlərin və ya yumşaq desək isti yanaşmayanları saymaqdansa, az-çox loyal olanları sadalamaq daha asandır: Şimali Koreya, Kuba, bir neçə Afrika ölkəsi və bir də keçmiş SSRİ respubliklarından bir neçəsi (o da siyasi rəhbərlik səviyyəsində).

Rusiyada təbliğat maşını dayanmadan işləyir, bütün uğursuzluqlar, böhranlar, məğlubiyyətlər ört-basdır edilir. Ətrafda hər kəs düşməndir! Hər yerdə, hər saat, hər dəqiqə yalan, dezinformasiya, böhtan, iftira!

Son illərdə özünü bütün dünyaya qarşı qoyan Rusiya, bütün istiqamətlərdə uduzan, düşdüyü vəziyyətdən çıxmaq üçün etdiyi yanlış çabalar, hərəkətlər daha böyük səhvlərə səbəb olur. Eyni zamanda, bir neçə istiqamətdə konfliktlərdə iştirak etmək iddiasında olan, özünü çox çətin və çıxılmaz vəziyyətə salan, xüsusilə Ukrayna ilə müharibənin bu qədər uzanması Rusiyanın reputasiyasını alt-üst etməklə yanaşı, superdövlət, dünyanın 2-ci ordusu imicini darmadağın edib. Ən pessimist analitiklərin belə ağlına gəlməyən artıq 3 ildən çox davam edən müharibə Rusiyanı həm maliyyə, həm iqtisadi, həm texniki, həm də insan resursu, ən əsası da ideoloji baxımdan tükəndirib. Beynəlxalq ictimaiyyəti, dünyanı demirəm, artıq onların münasibəti məlumdur, daxildə də problemlər yaranmağa başlayıb. Axı solovyovların, simonyanların heç bir etik çərçivəyə sığmayan yalanları ilə insanları nə qədər doydurmaq olar?

Bax bu boşluğu yaşayan Kreml çıxış yolunu ifrat millətçi, şovinzm, dini radikalizm və s. bu kimi qeyri-demokratik, qeyri-sivil metodlarla köklənən və digər xalqlara, xüsusilə də türklərə, müsəlmanlara qarşı nifrət siyasəti və onlara qarşı təzyiqlərlə doldurmağa çalışır. Xüsusilə siyasi gərginliklər dövründə (Ukrayna müharibəsi, Suriya böhranı, iqtisadi gərginlik, daxili terror təhlükəsi elan olunduqda) miqrant və qeyri-ruslara qarşı “təmizləmə” reydləri keçirilir.

Rusiya və onun Prezidenti başda olmaq siyasi rəhbərliyi anlamalıdrılar ki, Rusiya kimi çoxmillətli dövlətdə millətlərarası münasibətlərə yanlış siqnal effekti verən ritorikaya yer olmamalı, irqçilik, diskriminasiya, ksenofobiya kimi zərərli meyillərin qarşısı vaxtında alınmalıdır.

Çoxmillətli ölkələrdə yalnız milli və dini tolerantlıq, xalqlar arasında balanslı, ölçülüb-biçilmiş siyasət müvəffəqiyyət qazana bilər. Bu balansın pozulması ciddi sarsıntılara, problemlərə səbəb olur”.




Baxış sayı: 60
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031