FACT-INFO.AZ » AKTUAL » "Ermənilər öz mövqelərini qoyub qaçırdılar"
2-04-2017, 16:55 | AKTUAL
"Ermənilər öz mövqelərini qoyub qaçırdılar"

Fact-info.az xəbər verir ki, bunu ötən ilin aprelində Lələtəpə istiqamətində gedən döyüşlərin iştirakçısı, kiçik çavuş Tahir Misirxanov AZƏRTAC-a müsahibəsində deyib.

T.Misirxanov bildirib ki, aprelin 1-dən 2-nə keçən gecə düşmən bölmələri Cocuq Mərcanlı-Horadiz yaşayış məntəqəsi istiqamətində kəndləri və əhalini atəşə tutmağa başladılar. Ermənilərin hücumunun qarşısını əks-həmlə ilə almaq üçün öz mövqelərimizdə yerləşdirildik. Bölmələrimiz tərəfindən bizim üçün ən yüksək strateji mövqe olan Lələtəpə yüksəkliyi səhər saatlarında düşməndən azad edildi və Azərbaycanın üçrəngli bayrağı orada dalğalanmağa başladı: “Həmin döyüşdə mənə düşmənin zirehli texnikasının irəliləməsinin qarşısını almaq, onları zərərsizləşdirmək tapşırığı qoyulmuşdu. Səhər saat 8-9 radələrində düşmən yenidən zirehli texnikalarla Lələtəpə istiqamətində hücuma keçməyə cəhd etdi.
Bu zaman düşmənin bir neçə zirehli texnikasını məhv edə bildim. Ermənilər bilmirdilər ki, texnikaları hansı istiqamətdən vurulur. Amma onlar artıq anlayırdılar ki, Azərbaycan Ordusu ən yüksək müasir silah və texnika ilə təchiz olunub. Bunu görüb öz mövqelərini qoyub qaçmağa çalışırdılar”.
“Döyüş əmri alanda hansı hisləri keçirdin?” sualını cavablandıran Tahir Misirxanov deyib: “Mən gənc hərbçi kimi fəxr edirdim ki, ilk dəfə belə böyük bir əməliyyatın iştirakçısıyam. Bu əməliyyatda üzərimə düşən vəzifəni layiqincə yerinə yetirdim. Buna görə də Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olundum”.

 

 




Baxış sayı: 1 897
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30