“Azərkosmos” və “STAR.VISION” Xəzər dənizində iqlim dəyişikliyinin təsirini araşdıran birgə tədqiqat layihəsinə start verib.
Azərbaycan Kosmik Agentliyindən (“Azərkosmos”) Fact-info.az-a bildirilib ki, layihə çərçivəsində süni intellekt və məsafədən müşahidə texnologiyalarının imkanlarından istifadə edərək, dənizin son 20 ildəki vəziyyəti - su səviyyəsinin dəyişməsi, sahil eroziyası və ekosistem pozuntuları kimi göstəricilər üzrə araşdırmalar həyata keçirilir. Bu təşəbbüsə sahil və ekologiya sahəsində ixtisaslaşmış Çinin Ningbo Universiteti də dəstək verir.
Bu təşəbbüs Azərbaycan və Çin arasında innovativ texnologiyalarla ətraf mühitin qorunması istiqamətində, eləcə də kosmik texnologiyalar, süni intellekt və Yerin məsafədən müşahidəsi sahələrində davamlı əməkdaşlığın inkişafına təkan verir.
Baxış sayı: 200
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
