FACT-INFO.AZ » AKTUAL » Ankarada “XX əsrdə Cənubi Qafqaz və Anadoluda türklərə qarşı erməni zülmü” mövzusunda tədbir keçirilib
18-04-2025, 07:30 | AKTUAL
Ankarada “XX əsrdə Cənubi Qafqaz və Anadoluda türklərə qarşı erməni zülmü” mövzusunda tədbir keçirilib

Azərbaycanın Türkiyədəki Səfirliyinin və Türk Tarix Qurumunun birgə təşkilatçılığı ilə Ankarada "XX əsrdə Cənubi Qafqaz və Anadoluda türklərə qarşı erməni zülmü" mövzusunda panel təşkil olunub.
Tədbir şəhidlərimizin ruhuna 1 dəqiqəlik sükut və hər iki ölkənin dövlət himnləri ilə açılıb. 
Türk Tarix Qurumunun rəhbəri professor Yüksel Özgen çıxışında XX əsrdə ermənilər tərəfindən türklərə qarşı törədilmiş zülmlər mövzusuna çox toxunulmadığını ifadə edərək, ermənilərin bu qanlı fəaliyyətinin arxasında "Böyük Ermənistan" yaratmaq niyyətinin durduğunu qeyd edib.
Cənubi Qafqazda və Anadoluda ortaya çıxan kütləvi məzarların bu qətliamlara işıq tutduğunu bildirən Özgen dünyada Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş ikili standartlara da toxunub.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov açılış çıxışında ermənilərin tarixən müxtəlif imperialist güclər tərəfindən türklərə qarşı soyqırımlara təşviq edildiyini qeyd edib. Qondarma "erməni soyqırımı" mövzusuna toxunan səfir, hazırda da ermənilərin türklərə qarşı istifadə olunmağa davam edildiyini qeyd edib. Səfir Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesindən də danışaraq Azərbaycanın dayanıqlı sülh üçün təşəbbüs irəli sürdüyünü, bunun üçün də gərəkli şərtlərin yerinə yetirilməsinin zəruri olduğunu ifadə edib.
Professor Hikmət Özdəmirin moderatorluğu ilə baş tutan paneldə Milli Müdafiə Universitetinin dekanı professor İbrahim Ethem Atnur, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl, Yıldız Texnik Universitetinin professoru Mehmet Akif Okur və Bayburt Universitetinin dosenti Ramin Sadiq mövzu ilə bağlı ətraflı müzakirələr aparıblar.
Professor İbrahim Ethem Atnur silahlı erməni quldur dəstələrinin Şərqi Anadolu vilayətlərində törətdiyi faciələr haqqında tarixi sənədlərə əsasən danışıb və bu zülmlərin ermənilərin Türkiyədən toplu köçürülməsi üçün əsas olduğunu qeyd edib.
Professor Toğrul İsmayıl Cənubi Qafqazda törədilmiş qırğınlardan danışıb və XX əsr boyunca Azərbaycanda törədilmiş soyqırım və kütləvi qətliamlara, terror aktları və deportasiyalara, onların qurbanlarına dair statistikanı təqdim edib. O, çar Rusiyası tərəfindən aparılan "bölgəni türksüzləşdirmə siyasəti" barədə ətraflı məlumat verib.
Professor Mehmet Akif Okur "Beynəlxalq hüququda geri dönüş haqqı və məcburi köçürülən Azərbaycan türkləri" mövzusunda danışıb. O, XX əsrin əvvəllərinə aid Fransa arxivində olan xəritələrdə Zəngəzurun Azərbaycan torpağı olaraq göstərildiyini, yüzillik boyunca azərbaycanlı əhalinin tarixi torpaqlarından zorla qovulduğunu qeyd edib, geri dönüş hüququnun universal haqq olduğunu vurğulayıb, beynəlxaq hüquqi sənədlərə istinad edərək, Ermənistanın buna etirazının tam əsassız olduğunu səsləndirib.
Dosent Ramin Sadiq "XX əsrin əvvəllərində Azərbaycanda erməni vəhşilikləri" mövzusunda çıxışında tarixi faktlara əsaslanaraq çar Rusiyasının XIX əsrdə Cənubi Qafqazı işğal etməsi, Şərqi Anadolu və İrandan ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi barədə danışıb, XX əsrin əvvəlində azərbaycanlılara qarşı həyata keçirilən qırğınların təməlində məhz bu siyasətin durduğunu qeyd edib.
Panelin sonunda iştirakçıların mövzu üzrə sualları cavablandırılıb.




Baxış sayı: 130
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30