FACT-INFO.AZ » MƏDƏNİYYƏT » İçərişəhərdə xəttatlıq sənətinə həsr olunmuş sərgi açılıb
16-04-2025, 11:30 | MƏDƏNİYYƏT
İçərişəhərdə xəttatlıq sənətinə həsr olunmuş sərgi açılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Bakı Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Şirvanşahlar Sarayı Kompleksində “Hərflərin sirri” adlı xəttatlıq sərgisi ziyarətçilərə təqdim olunub. Sərgi qədim və zəngin estetikaya malik bir ənənənin sirlərini kəşf etmək imkanı yaradır.

Fact-info.az xəbər verir ki, sərgidə tanınmış xəttat Gülümxan Bəydəmirin 60-dan çox əsəri yer alır.

Sərginin açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova, Bakı Rəsm Qalereyasının Eldəniz Babayev, Milli Məclisin deputatı Fazil Mustafa, Xalq rəssamı Arif Hüseynov və Xalq artisti Alim Qasımov çıxış edərək bildiriliblər ki, bu əsərlər vasitəsilə tamaşaçılar xəttatlığın yalnız yazı texnikası deyil, həm də fəlsəfi və ruhani bir ifadə vasitəsi olduğunu daha dərindən hiss edə bilirlər. Əsrlər boyu Şərqdə həm elmə, həm də mənəviyyata xidmət edən bu sənət forması sözün estetik təqdimatı ilə seçilir. Mətnin forması, simvolikası və ruhu bu sənətin əsas dayaqlarındandır. G. Bəydəmirin yaradıcılığı Azərbaycanın xəttatlıq irsini müasir dilə gətirir və bu sənətin beynəlxalq arenada tanıdılmasına öz töhfəsini verir. Onun əsərləri müxtəlif ölkələrdə nümayiş olunub və sənətşünaslar tərəfindən yüksək dəyərləndirilib.

Diqqətə çatdırılıb ki, əslən Şamaxıdan olan G.Bəydəmir 1970-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə qəbul olub. 1971-1973-cü illərdə hərbi xidmətdə olarkən Rusiyanın Xabarovsk şəhərində sulu boya ilə ilk fərdi sərgisini açıb. 1972-ci ildə Xabarovsk vilayət rəssamlarının rəsm sərgi-müsabiqəsində iştirak edərək akvaril mənzərəsinə görə ikinci yerə layiq görülüb. O, rəssamlıq məktəbini bitirdikdən sonra daş üzərində oyma, xəttatlıq sənətlərinə maraq göstərib.

1995-ci ildə Türkiyəyə gedən rəssam ustad xəttatlardan dərs alıb, dünyaşöhrətli xəttat Davut Bektaşdan bu sənətin incəliklərini öyrənib. 2006-cı ildə İstanbulda keçirilən müsabiqədə “Ahmed-Muhammed” adlı əsəri ilə birinci yeri tutub. Hazırda G.Bəydəmirin əl işləri Azərbaycan, Türkiyə, Almaniya, Hollandiya, Avstriya, Koreya Respublikası və Fransada şəxsi kolleksiyalarda saxlanılır.

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Gülümxan Bəydəmir sərgidə nümayiş olunan əsərlər barədə iştirakçılara məlumat verib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

İçərişəhərin tarixi atmosferində təqdim olunan “Hərflərin sirri” sərgisi yalnız incə sənət nümunələri ilə deyil, həm də dərin mənəvi dəyərləri ilə diqqət çəkir. Aprelin 22-dək davam edəcək sərgi ziyarətçilərə həm sənət, həm də zamanla səyahət təcrübəsi yaşayacaq.




Baxış sayı: 195
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30