FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Azərbaycanın qlobal proseslərə təsiri Antalya forumunda bir daha təsdiqləndi
14-04-2025, 18:30 | TƏDQİQATLAR-ANALITIKA
Azərbaycanın qlobal proseslərə təsiri Antalya forumunda bir daha təsdiqləndi

Bu gün dünya nizamı heç vaxt olmadığı qədər təhlükəli meyillər üzərində qurulur və yeni nizamın formalaşması üçün beynəlxaq platformalarda diskusiyaların, fikir mübadilələrinin aparılmasına çox ehtiyac var. 2021-ci ildə qurulan Antalya Diplomatik Forumu xüsusilə regional müstəvidə dialoqun yaradılması, problemlərin müzakirəsi və həlli üçün mühüm platformaya çevrilib. Ölkəmiz də bu forumun fəal iştirakçılarındandır. Azərbaycan nümayəndə heyətinin builki foruma Prezident İlham Əliyevin rəhbərliyi ilə qatılması təsadüfi deyil. Mövcud geosiyasi proseslər, xüsusilə ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən sonra baş verənlər regiondakı hadisələrə təsir edir. Bu forum regionun gələcəyinin müzakirəsini daha da aktualaşdırır. Həmçinin Azərbaycan bölgənin aparıcı ölkələrindən biri kimi perspektivlərin müzakirəsinə, həmçinin bölgənin gələcəyi ilə bağlı atılacaq addımlara mühüm töhfə verə bilər. Nəhayət, forum rəsmi Bakı üçün həm də iştirakçı ölkələrlə təmasların qurulması baxımından əhəmiyyətlidir. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazda baş verən proseslərdə deyil, eyni zamanda Yaxın Şərqdəki gərginliklərin azaldılmasında da fəal iştirak edir. Bu gün Suriyada , Qəzzada və eləcə də İsraillə Türkiyə arasındakı münasibətlərin normallaşmasında Azərbaycan aparıcı rola malikdir. Bu da Azərbaycanın regional yox, həm də qlobal proseslərdə iştirakını şərtləndirən amillərdir. Qürurla qeyd edə bilərik ki, Azərbaycan artıq regional məsələlərlə yanaşı qlobal proseslərə təsir imkanlarına sahibdir. Forum çərçivəsində Azərbaycan Prezidenti Suriya, Sudan, Türkiyə, Gürcüstan və digər dövlətlərin liderləri ilə ikitərəfli görüşlər keçirib. Bu görüşlərdə həm Cənubi Qafqazda, həm Yaxın Şərqdəki məsələlər müzakirə edilib. Forum çərçivəsində Azərbaycan liderinin diplomatik təmasları, ölkəmizin panel iclaslardakı mövqeyi Suriya ilə bağlı, İran və İsrail ilə əlaqədar olan mövzularda müzakirələr, nəticə və yaranmış durumun həll yolları üzərində hansı işlərin görülməsini şərtləndirəcək. Azərbaycanın keçmiş Qarabağ probleminin həllindəki böyük təcrübəsi regionda hazırki gərgin durumdan çıxış yollarının tapılmasında da öz töhfəsini verəcək.
Antalya forumunun məzmunu, sadəcə bir regional problemə diqqət çəkməklə məhdudlaşmadı. Bu konfrans, eyni zamanda Qərbi Azərbaycan mövzusunun beynəlxalq hüquq, insan haqları və tarixi ədalət prizmasından dəyərləndirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb eetmiş oldu. Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış hüququnun təmin olunması məsələsi yalnız Azərbaycan üçün deyil, bütövlükdə beynəlxalq hüququn nüfuzunun qorunması baxımından da önəmli sınaqdır.Antalya Diplomatiya Forumunda Qərbi Azərbaycan məsələsinin gündəmə gətirilməsi bu istiqamətdə həyata keçirilən strategiyanın artıq regional və beynəlxalq platformalarda öz siyasi çəkisini və təsir imkanlarını göstərdiyini nümayiş etdirdi.
Bütün bu fəaliyyətlər fonunda Prezident İlham Əliyevin Antalya Diplomatik Forumunda iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirir. Azərbaycan bu gün yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə beynəlxalq birlikdə fəal mövqe tutaraq, regionun və dünyanın gələcəyinə töhfə verir. Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir. Dövlətimizin başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmaları onu beynəlxalq platformalarda böyük maraqla qarşılanan Liderə çevirib.

Fəzail İbrahimli
Milli Məclisin deputatı




Baxış sayı: 145
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031