FACT-INFO.AZ » XƏBƏR » Xankəndidə geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri məsələləri müzakirə edilib
8-04-2025, 18:30 | XƏBƏR / AKTUAL
Xankəndidə geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri məsələləri müzakirə edilib

VII ADA Siyasi Forumu çərçivəsində Qarabağ Universitetində keçirilən “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusunda panel iclas yekunlaşıb.

Fact-info.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən iclasda çıxışçılar qlobal güc balansındakı dəyişikliklərin milli suverenliyə təsiri, bölgədə strateji sabitliyin saxlanması və məsuliyyətli tərəfdaşlıq məsələlərinə toxunublar.

Fərid Şəfiyev çıxışında bildirib ki, dünyada siyasətçilərə və səfirlərə münasibət birmənalı deyil. Onun sözlərinə görə, Qarabağın işğalı dövründə ABŞ, Kanada və Çexiyadan olan bəzi siyasətçilər tez-tez Azərbaycanın mövcud vəziyyətlə barışmalı olduğunu bildirirdilər. Lakin bütün bu yanaşmalara baxmayaraq, Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə nail oldu.

Türkiyə Prezidentinin baş müşaviri Çağrı Erhan bildirib ki, Qarabağ Azərbaycanın mədəniyyət, sənaye və turizm mərkəzidir. Hazırda dünyada müxtəlif siyasi və iqtisadi güc mərkəzləri mövcuddur. Qarabağın uzun müddət işğal altında qalması Cənubi Qafqaz regionunda qeyri-sabitliyə səbəb olub. Hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən güclü bir dövlətdir.

Pekin Texnologiya İnstitutunun elmi işçisi Rachael Rudolph bildirib ki, regionda sülhün qorunmasının əsasında iqtisadi inkişaf dayanır. Onun sözlərinə görə, müxtəlif ticarət tərəfdaşlarının, sərmayə mənbələrinin və institusional əlaqələrin qurulması xarici təsirləri azaldır, həmçinin yerli və regional səviyyədə iqtisadi sabitliyi möhkəmləndirir. “Bu gün dünyanın çoxqütblü bir sistem kimi təsvir edildiyini tez-tez eşidirik. Belə bir şəraitdə çoxtərəflilik xüsusilə önəmlidir. Müxtəlif əməkdaşlıq əlaqələri qurmalı, daha çox dostlar qazanmalıyıq. Bu isə bizə həm geniş imkanlar, həm də müxtəlif mənbələrə çıxış imkanı yaradır”, - deyə Rachael Rudolph qeyd edib.

Macarıstanın Danube İnstitutunun icraçı direktoru İstvan Kiss çıxışında qeyd edib ki, Macarıstan həmişə türklərin böyük dostu olub: “Mənim həmişə türk xalqlarına böyük rəğbətim olub. Macarıstan daima türklərə dəstək göstərib və yaxın gələcəkdə də belə olacağına inanıram. Ona görə də hesab edirəm ki, Macarıstanın Türk dünyasına daxil olması xüsusi bir imtiyazdır”.

Çin Xalq Respublikasının Şanxay Siyasi Elmlər və Hüquq Universitetinin professoru Hongsheng Sheng çıxışında dünyada baş verən hadisələrin ölkələrin daxilində necə təzahür etdiyi barədə danışıb. O bildirib ki, Çin danışıqlar vasitəsilə qarşılıqlı anlaşmanı dəstəkləyir. “İqtisadi, sosial inkişaf sülhü daha da irəlilətməyə səbəb olacaq. O cümlədən bu, regionda stabilliyə şərait yaradacaq”, - deyə çinli ekspert əlavə edib.

Panel sual cavab sessiyası ilə yekunlaşıb.




Baxış sayı: 110
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30