Türkmənistanın paytaxtı Aşqabadda A.S.Puşkin adına Rus Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri “Arşın mal alan” tamaşası ənənəvi olaraq səhnəyə qoyulub.
Fact-info.az-a bu barədə Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib.
Azərbaycan klassik musiqisinin incisi sayılan bu əsər Aşqabad səhnəsində tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tamaşanı Azərbaycanın Türkmənistandakı Səfirliyinin kollektivi və onların ailə üzvləri də izləyib. Axşamın sonunda səfirlik əməkdaşlarının övladları sənətçilərə gül dəstələri təqdim edərək, mədəniyyət ustalarını təbrik ediblər.
Qeyd olunub ki, “Arşın Mal Alan” tamaşası Türkmənistanın mədəniyyət həyatında xüsusi yer tutur. Tamaşa Aşqabadda müxtəlif teatrlarda səhnəyə qoyulur, 1980-ci illərdən etibarən isə bu əsər Aşqabaddakı A.S.Puşkin adına Rus Dram Teatrında müntəzəm olaraq səhnələşdirilir. Əsər həm yerli, həm də xarici tamaşaçılar tərəfindən böyük rəğbət və maraqla izlənilir, teatrsevərlər tərəfindən yüksək qiymətləndirilir.
Baxış sayı: 175
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
