FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb
3-04-2025, 10:30 | MƏDƏNİYYƏT
“İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Moskvada nəşr olunan “İrs-Nasledie” jurnalının növbəti nömrəsi işıq üzü görüb.

Fact-info.az xəbər verir ki, jurnalın bu nömrəsi Musa Mərcanlının faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş redaktor məqaləsi ilə açılır. Materialda təkcə İkinci Dünya müharibəsi və Nürnberq məhkəmələri zamanı baş verən hadisələr deyil, həm də XX əsrdə insanlığa qarşı törədilmiş cinayətlərlə bağlı mövcud problemlər araşdırılır. Erməni radikal qrupları tərəfindən “tarixi ədalətin bərpası” şüarı altında dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən kütləvi qətllərə və etnik təmizləmələrə xüsusi diqqət yetirilir.

Məqalədə vurğulanır ki, nasizmin cinayətlərindən heç də az vəhşi xarakter daşımayan bu əməllər lazımi beynəlxalq qiymətini almayıb, hətta erməni cəmiyyətinin kütləvi şüurunda çox vaxt haqlı hal kimi qəbul edilir. Müəllifin fikrincə, bu amil Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişinə mənfi təsir göstərməkdə davam edir.

Nürnberq məhkəməsində SSRİ-dən olan tərcüməçilərdən biri Ələsgər Məmmədovun ifadəsinə əsaslanan məqalə böyük maraq doğurur. O, sonralar görkəmli şərqşünas və almanşünas alim, Azərbaycan ərəbşünaslığının banisi olub.

Jurnalın tarix mövzusu Rusiya imperiyasına mühacirət etmiş və Şuşada yaşamış Qacarlar sülaləsinin şahzadəsi, Azərbaycanəsilli Bəhmən Mirzə haqqında məqalə ilə davam edir. Onun əsərləri bölgənin tarixinə və Şərq mədəniyyətinə dair mühüm mənbədir.

Qədim dövrlərdə Azərbaycan əhalisi arasında geyim bəzəkləri haqqında məqalə də xüsusi maraq doğurur. Bu elementlər estetik dəyəri ilə yanaşı, xalqın inanclarını, mənəvi dünyasını əks etdirir, eyni zamanda, Azərbaycanın Roma imperiyası və digər dövlətlərlə mədəni və ticarət əlaqələrindən xəbər verir.

Əvvəlki nömrələrdə olduğu kimi, bu buraxılışda da jurnalın ənənəvi bölmələri də daxil olmaqla Azərbaycan tarixinin, mədəniyyətinin və incəsənətinin müxtəlif aspektlərini əhatə edən materiallar dərc olunub.




Baxış sayı: 80
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30