Özbəkistanın məşhur informasiya portalı Kun.uz Bakıya dair xüsusi məqalə dərc edib. Məqalədə Azərbaycan paytaxtının qədim tarixə, milli memarlığa və futuristik binalara malik olması ilə seçildiyi vurğulanır.
Sayt Bakının əsas tarixi məkanlarından biri olan İçərişəhər, eləcə də burada yerləşən Qız Qalası və Şirvanşahlar Sarayı haqqında qısa məlumat verir. Müəllif bu tarixi abidələrin şəhərin zəngin keçmişindən xəbər verdiyini qeyd edir.
Məqalədə, həmçinin müasir memarlıq nümunələri sırasında Alov Qüllələri xüsusi vurğulanır. Sayt qeyd edir ki, alov dillərini xatırladan bu üç binadan ibarət kompleks Azərbaycanın "Odlar Yurdu" adlandırılması ilə səsləşir. Bununla yanaşı, yazıda Yanardağ kimi təbii qaz mənbələrinin olduğu və burada daim alovların yanması da diqqətə çatdırılır.
Bundan əlavə, məqalədə Bakının memarlıq üslubunun özünəməxsus olduğu, xüsusilə şəhərdəki əksər binaların eyvanlarının paytaxta xüsusi rəng qatdığı bildirilir. Yazıda paytaxtın gözəlliklərini əks etdirən fotoşəkillər də təqdim edilib.
Baxış sayı: 60
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
