FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
1-04-2025, 10:30 | MƏDƏNİYYƏT
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Azərbaycan xalqının yaddaşına 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi daxil olmuş XX əsrin ən qanlı, amansız faciəsindən 107 il ötür.

Fact-info.az xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında soyqırımı günü ilə əlaqədar silsilə materiallar - ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

Virtual kitab sərgisində 31 Mart hadisələrinin tarixinə xronoloji ardıcıllıq ilə nəzər salınır, soyqırımın acı nəticələri haqqında tarixi faktlar təqdim edilir. Kitabxana əməkdaşlarının hazırladığı sərgidə Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanında bu hadisələrə siyasi qiymətin verilməsi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasının ilk dəfə rəsmi sürətdə bəyan edilməsi və 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi, beynəlxalq aləmdə faciəyə verilən siyasi qiymət haqqında məlumatlar yer alır.

Virtual sərgidə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü mövzuda qələmə alınan kitab və dövrü mətbuat məqalələri təqdim edilir. “31 Mart unudulmayan tarix” adlı virtual kitab sərgisində “31 Mart tariximizin faciəli səhifəsi”, “Türkiyə və Azərbaycanda erməni millətçilərinin cinayətləri”, “Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı”, “Ermənilər türklərə qarşı” kimi kitabların qısa annotasiyası sərgilənir.

“31 Mart unudulmayan tarix” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib: https://ryl.az/multimedia/31-mart-azerbaycanlilarin-soyqirimi-gunu




Baxış sayı: 135
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30