Siyasətçilər və xarici ölkələrin İsveçdəki səfirliklərinin əməkdaşları üçün nəzərdə tutulmuş “Diplomatic World Sweden” internet saytında Azərbaycanın Avropa üçün yaşıl enerjinin əsas təchizatçısı kimi artan roluna həsr olunmuş məqalə dərc edilib.
Fact-info.az xəbər verir ki, məqalədə Azərbaycanı Avropa ilə birləşdirəcək və Qara dənizin dibi ilə dünyanın ən uzun sualtı elektrik xətti vasitəsilə Xəzər dənizindən bərpaolunan enerji resurslarının ixracına imkan verəcək “Yaşıl enerji dəhlizi” layihəsində ölkəmizin aparıcı rol oynadığı qeyd edilir.
Müəllif vurğulayır ki, Azərbaycan təmiz enerji sektorunda öz potensialını fəal şəkildə artırır. Ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çıxış edən Prezident İlham Əliyev 2030-cu ilədək ölkənin bərpaolunan enerji istehsalının 6 GVt-a çatdırılması planlarını açıqlayıb, artıq imzalanmış sazişlər isə bu rəqəmi 10 GVt-a çatdıracaq. Hazırda ölkəyə böyük investisiyalar yatırılır.
“Bakı ətrafında mənzərə artıq dəyişir. Xəzər günəşinin şüaları altında parıldayan Qaradağ günəş elektrik stansiyası hazırda 230 meqavat təmiz enerji istehsal edir. 2026-cı ilədək Xızı və Abşeron üzərində əsən küləklər Azərbaycanın 240 meqavat gücündə ilk irimiqyaslı külək elektrik stansiyasını enerji ilə təmin edəcək”, - deyə müəllif yazır.
Qeyd olunur ki, 2029-cu ildə Qara dəniz kabelinin işə salınması Avropanın təmiz enerji ilə təmin olunmasında dönüş nöqtəsi olacaq. Ənənəvi olaraq neft ixracatçısı kimi tanınan Azərbaycan indi Avropanı Asiya ilə birləşdirərək yaşıl enerji sahəsində strateji lider olmaq niyyətindədir.
Baxış sayı: 125
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
