FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Özbəkistanda “Odlar Yurdu – Azərbaycan” kitabının təqdimatı olub
14-03-2025, 12:00 | MƏDƏNİYYƏT
Özbəkistanda “Odlar Yurdu – Azərbaycan” kitabının təqdimatı olub

Аzərbаусаnın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə tanınmış özbək tədqiqatçı-jurnalisti Şarofiddin Tolaqanovun Daşkənddə özbək dilində çap olunmuş “Olovlar Yurti - Ozarbayjon” (Odlar Yurdu Azərbaycan) kitabının təqdimatı olub.

Mərkəzdən Fact-info.az-a bildirilib ki, mərasimdə çıxış edən səfir Hüseyn Quliyev bildirib ki, Şarofiddin Tolaqanov səfirliyimizlə daim əməkdaşlıq edir, bir neçə dəfə ölkəmizdə səfərdə olub, işğaldan azad edilmiş torpaqlarımıza gedib, erməni vandalizmini öz gözləri ilə görüb. O, nəşrdə Azərbaycan xalqı, dövlətçilik tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, milli bayramları, hüzn günləri, Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, mədəniyyət mərkəzi olan Şuşa, Qarabağ, torpaqlarımızın erməni işğalından azad olunması, Azərbaycan-Özbəkistan tarixi, mədəni əlaqələri haqqında geniş məlumat verildiyini söyləyib.

Özbəkistanın UzA Milli İnformasiya Agentliyinin baş direktoru Abdusaid Koçimov Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin tarixindən, şair və yazıçılarımızın dostluğundan danışıb, Azərbaycan və özbək xalqlarının böyük oğlu, özbək ədəbiyyatının klassikinə çevrilən Maqsud Şeyxzadənin əsərləri barədə məlumat verib. O, Şarofiddin Tolaqanovun “Odlar Yurdu Azərbaycan” kitabının son illərdə Azərbaycan haqqında Özbəkistanda yaranan ən yaxşı əsər olduğunu vurğulayıb.

Əlişir Nəvai adına Milli Kitabxananın direktoru Umida Taşbayeva, şair və yazıçı Tulkin Eşbek, jurnalist İslam Zakirov və başqaları tanınmış jurnalistin yaradıcılığı haqqında məlumat verib, onu Azərbaycan sevdalısı olan jurnalist kimi xarakterizə ediblər.




Baxış sayı: 150
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30