FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » TALEH İSMAYILOV – Sumqayıt təxribatının günahsız qurbanı
12-03-2025, 21:00 | TƏDQİQATLAR-ANALITIKA
TALEH İSMAYILOV – Sumqayıt təxribatının günahsız qurbanı

XX əsrin 80-90-cı illərində əzəli-əbədi Azərbaycan torpağı olan Qarabağın Ermənistana verilməsi kimi bir bədnam planının mövcudluğu artıq hər kəsə məlum idi. Bu bədnam planın həyata keçirilməsində mühüm başlanğıc nöqtələrindən biri 1988-ci ilin fevralında baş verən Sumqayıt hadisələri oldu. SSRİ-nin xüsusi xidmət orqanlarının planlaşdırdığı və təxribatçı erməni qrupları tərəfindən icra edilən bu hadisələr etnik münaqişənin qızışdırılmasına xidmət edirdi. Məqsəd Azərbaycan və erməni xalqlarının birgə yaşayışının qeyri-mümkünlüyünü “sübut” edərək, Qərbi Azərbaycanda yaşayan yüz minlərlə azərbaycanlının deportasiyasına və eyni zamanda Qarabağın Ermənistana birləşdirilməsinə zəmin yaratmaq idi. Keçmiş SSRİ rəhbərliyinin, özəlliklə Mixail Qorbaçovun bu planın içində və başında olduğu inkarolunmazdır. Sumqayıt hadisələrinin təşkilində məqsədlərdən biri də azərbaycanlıların zorakı və qəddar obrazını formalaşdıraraq, dünya ictimaiyyətində Ermənistanın iddialarına haqq qazandırmaq idi. Lakin təxribat nəticəsində qətlə yetirilən Azərbaycan vətəndaşları uzun müddət diqqətdən kənarda saxlanıldı və hadisələrin mahiyyəti qəsdən təhrif edildi. Bu hadisələr zamanı günahsız qurbanlardan biri də Əhməd Əhmədov idi. Onun ailəsi qonşuluqda yaşayan erməni qadınını üç gün evlərində qoruyaraq təxribata düşməməsi üçün sığınacaq vermişdi. Lakin nəticədə, məhz bu ailə təxribatın qurbanına çevrildi.

Belə günahsız qurbanlardan biri də 21 yaşlı Taleh İsmayılov oldu. Sumqayıt məhkəməsinin hökmü ilə heç bir əsas olmadan 15 il azadlıqdan məhrum edilən bu gənc, totalitar bir rejimin qərəzli və siyasi motivli qərarlarının qurbanı idi. Taleh İsmayılov kim idi? Taleh Saleh oğlu İsmayılov 14 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. Atası Saleh Şəkər oğlu İsmayılov və anası Çimnaz Miri qızı Abbasova əslən Lerik rayonunun Çayrut kəndindəndirlər. Ailə 1955-ci ildə Sumqayıta köçmüş və burada məskunlaşmışdır. Onların bu evlilikdən 8 övladı dünyaya gəlib. Taleh İsmayılov Sumqayıtda 14 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 49 saylı Texniki Peşə Məktəbində təmirçi-çilingər ixtisası üzrə təhsil alıb. Daha sonra SSRİ Silahlı Qüvvələrində hərbi xidmətini başa vuraraq Sumqayıta qayıdıb və uşaq yaşlarından məşğul olduğu cüdo idman növü ilə yenidən məşğul olmağa başlayıb. Hadisələrə Taleh İsmayılovun qardaşı İsrafil İsmayılov işıq salır: “1988-ci il fevral-mart ayları həm xalqımız, həm də bizim ailəmiz üçün çox ağır dövr idi. O vaxt Sumqayıtda mitinqlər keçirilirdi. Taleh də bu mitinqlərdə iştirak edirdi, lakin bu, onun Sumqayıt hadisələri ilə əlaqəli olması demək deyildi. Fevralın sonlarında baş verən təxribatdan bir neçə gün sonra, 8 martda Taleh həbs edildi. 11 mart tarixinə qədər onun harada saxlandığı barədə heç bir məlumat ala bilmədik. 3 gündən sonra evimizə zəng vurub dedilər ki, Taleh Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) təcridxanasındadır. Bu üç gün ərzində qardaşıma o qədər işgəncə vermişdilər ki, o, etmədiyi cinayəti boynuna almağa məcbur olmuşdu. Lakin məhkəmədə Taleh açıq şəkildə bildirdi ki, onun bu hadisələrlə heç bir əlaqəsi yoxdur.” Məhkəmə zamanı, öncədən hazırlanmış bir erməni qadın Talehin üzünə duraraq, guya onun ərini öldürdüyünü iddia etdi. Lakin Talehin sadə sualı qarşısında qadın tərəddüd etdi: “Mənim sənin ərini öldürdüyümü harada görmüsən?” Qadın isə sövq-təbii cavab verdi: “Xeyr, görməmişəm.” Bütün bu ziddiyyətlərə və iddiaların sübutsuzluğuna baxmayaraq, məhkəmə Taleh İsmayılovu 15 il müddətinə azadlıqdan məhrum etdi. Öncə cəzasının beş ilini Şuşa həbsxanasında, 10 ilini isə Bakıda çəkməsi nəzərdə tutulsa da, sonradan o, Gürcüstana göndərildi. Atası Saleh İsmayılov SSRİ və Azərbaycan rəhbərliyinə, hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət edərək oğlunun Azərbaycana ekstradisiya olunmasına çalışsa da, bu tələblər nəticəsiz qaldı. Taleh İsmayılov Gürcüstanda iki il həbs həyatı yaşadı. Həbs zamanı aldığı ağır xəsarətlərin nəticəsində, 9 sentyabr 1990-cı ildə Tiflis şəhərində yerləşən cəzaçəkmə müəssisəsində dünyasını dəyişdi. Onun nəşi Azərbaycana gətirildi və Sumqayıtda, Corat qəbiristanlığında dəfn edildi.

Azərbaycan dövləti Sumqayıt hadisələrinin obyektiv araşdırılması və bu təxribatın əsl mahiyyətinin ortaya çıxarılması üçün ciddi addımlar atır. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda Sumqayıt təxribatı ilə bağlı başlanmış cinayət işinin istintaqı yenidən aparılır və hazırda istintaq davam edir.


Səməd VƏKİLOV

Araşdırmaçı-hüquqşünas




Baxış sayı: 265
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30