FACT-INFO.AZ » AKTUAL » Suriyanın müstəqil dövlət kimi mövcudluğunu qəbul etmək istəməyən qüvvələr var
10-03-2025, 11:00 | AKTUAL
Suriyanın müstəqil dövlət kimi mövcudluğunu qəbul etmək istəməyən qüvvələr var
Bərbad gündə olan yaşayış məntəqələri, dağıdılmış evlər, yeraltı, yerüstü həbsxanalar, qəzəbli kütlə. Bütün bunlar Bəşər Əsəddən sonra qalan Suriyanın görüntüləri idi. Əsəd hakimiyyətinin sonu həm Suriya, həm də Yaxın Şərq üçün yeni bir dövrün başlanğıcı oldu. Keçid dövrü üçün seçilmiş yeni prezident Əbu Məhəmməd Colani gerçəkdən dağıdılmış Suriya dövlətinin təməlini qoymağa başladı. Amma ötən həftə Suriyada baş verən toqquşmalar onu göstərir ki, bu ölkənin mövcudluğunu, müstəqil dövlət kimi inkişafını qəbul etmək istəməyən qüvvələr var.
Bəşər Əsəd rejimi çökəndən sonra öz şələ-küləsini oradan yığışdırıb gedən Rusiya və İranın yenidən formalaşan, inkişaf hədəflərini müəyyən edən Suriyanı qəbul etməyəcəyi müşahidə olunur. Görünən odur ki, suriyalılarda illərdən bəri toplanmış və sıxılmış enerji ilə prezident taxtından qovulmuş Bəşər Əsəddin Suriyada heç bir sosial bazası olmayıb. Məhz belə məqamda Rusiya ənənələrinə sadiq qalaraq öz sözünü ikinci, üçüncü qüvvənin əli ilə, yəni İranın Suriyadakı tör-töküntülərinin vasitəsilə gerçəkləşdirdiyini ehtimal etmək olar.
Aydın məsələdir ki, həm Rusiya, İran, həm də ABŞ və İsrail Suriyanın Türkiyə ilə belə sıx əməkdaşlığını qəbul edə bilmirlər. Amma xarizmatik lider olan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya strategiyasında zərgər dəqiqliyi ilə seçimi ölkəsi üçün əlverişli vəziyyət yarada bilib. Bu baxımdan regional güc olan qardaş Türkiyə Suriyada sabitliyin təmin olunmasında öz töhfəsini verəcəyinə ümid edirik. Digər tərəfdən Türkiyə ilə ikitərəfli münasibətlərini düzgün hesablamalar üzərində quran yeni prezident Əbu Məhəmməd Colani mediaya müsahibəsində vurğulayıb:”Bizim məqsədimiz sülh və əmin-amanlığı bərpa etməkdir. Biz, Suriyanın hər bir vətəndaşı üçün yeni bir başlanğıc təmin etmək niyyətindəyik”.
Biz də sıravi Azərbaycan vətəndaşı olaraq Suriyada sabitliyin təmin olunmasını və bu ölkənin normal inkişafını görmək istəyirik. Çünki Suriyada Azərbaycan türkləri ilə xeyli bağlılığı olan qardaş türkmənlər yaşayır.
Əkrəm Bəydəmirli



Baxış sayı: 190
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30