FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Adım Ələsgərdi…” kitabının təqdimatı olub
7-03-2025, 20:00 | MƏDƏNİYYƏT
“Adım Ələsgərdi…” kitabının təqdimatı olub

Martın 7-də Azərbaycan Yazıçılar Birliyi (AYB) və “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə şair, publisist Salman Qaraların “Adım Ələsgərdi..." adlı yeni kitabının təqdimatı və imza günü keçirilib.

Fact-info.az xəbər verir ki, təqdimat mərasimindən əvvəl aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi ziyarət olunub. İştirakçılar abidə önünə əklil və gül dəstələri qoyaraq böyük saz və söz ustadına ehtiramlarını bildiriblər.

Tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək, Dədə Ələsgər irsinin tədqiq olunmasının əhəmiyyətini vurğulayıb və Salman Qaraların bu sahədə mühüm işlər gördüyünü deyib.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli kitabın əhəmiyyətindən bəhs edərək, Dədə Ələsgər irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının mühüm vəzifə olduğunu söyləyib. O, "Adım Ələsgərdi..." adlı tədqiqat əsərinin bu istiqamətdə dəyərli bir töhfə olduğunu bildirərək, müəllifin uzun illər apardığı araşdırmalar nəticəsində Dədə Ələsgərin həyatına və yaradıcılığına dair bir çox yeni faktları üzə çıxartdığını qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, ədəbi tənqidçi Əsəd Cahangir Aşıq Ələsgərin yaradıcılığı haqqında danışarkən onun ədəbiyyatımızdakı əvəzsiz roluna nəzər salıb: “Baharın nəfəsinin duyulduğu bu vaxtda ölməz Aşıq Ələsgərin əsərləri yenidən insanların qəlbini fəth edir. Elə bir şəxs tapmaq çətindir ki, Aşıq Ələsgər yaradıcılığından bir cümlə də olsun bilməsin. O, folklor poeziyamızın əbədi zirvəsidir”.

Kitabın müəllifi Salman Qaralar əsərin yazılma prosesindən danışıb. O, Dədə Ələsgər irsinin tədqiqinə uzun illər vaxt sərf etdiyini diqqətə çatdırıb. “Kitabda Dədə Ələsgərin yaradıcılığı yalnız şeirləri və aşıq sənəti ilə deyil, həm də onun mənəvi dünyası və Azərbaycan ədəbiyyatına təsiri baxımından araşdırılıb. Kitabın gələcəkdə Dədə Ələsgər haqqında aparılacaq yeni tədqiqatlara töhfə verəcəyinə ümid edirəm”,- deyə o əlavə edib.

Tanınmış ədəbiyyatşünaslar çıxışlarında kitabın Aşıq Ələsgərin irsinin dərindən öyrənilməsinə və mənimsənilməsinə verəcəyi töhfələrdən söhbət açılıb.

Sonda ədəbiyyat və mədəniyyət sahəsindəki xidmətləri yüksək qiymətləndirilən Xətai Ələsgərli AYB-nin fəxri üzvü seçilib.




Baxış sayı: 220
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30