FACT-INFO.AZ » AKTUAL » Böyük Qayıdışın yeni ünvanı – Ağdərə
7-03-2025, 14:00 | AKTUAL
Böyük Qayıdışın yeni ünvanı – Ağdərə

30 illik işğaldan sonra 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Qarabağın azadlığı, Vətənimizin bütövləşməsi və suverenliyinin tam şəkildə bərpası ilə nəticələndi. Yenilməz Ordumuzun qazandığı Zəfərdən sonra çəkilən “Zəfər yolu” ilə ötən beş il ərzində Qarabağa yol alan köç karvanları köksündə 30 il yurd həsrəti daşıyan soydaşlarımızın nisgilinə son qoydu. Böyük Qayıdış çərçivəsində öz doğma torpaqlarına qovuşan soydaşlarımızın sayı günbəgün artmaqdadır. Bu günlərdə işğaldan azad edilən torpaqlarımıza Böyük Qayıdışın xəritəsinə Ağdərə rayonu da əlavə olundu.
Vətən müharibəsindən sonra erməni separatçılarının bir hissəsi Qarabağda, o cümlədən Ağdərədə qalmaqda idilər. Üçtərəfli bəyanatın şərtlərinə və dövlətimizin sülh çağırışlarına baxmayaraq, onlar Azərbaycan vətəndaşlığını qəbul edərək reinteqrasiya olunmaq haqqında düşünmür, əksinə, gizlin yollarla Qarabağa silah daşımaqda davam edirdilər. 20 sentyabr 2023-cü il tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan tam və qətiyyətli qələbə Vətənimizin ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi, Xankəndi, Xocalı, Əsgəran kimi Ağdərə rayonu da ölkəmizin tam nəzarətinə keçdi. Prezident İlham Əliyev böyük qürur hissi ilə oktyabrın 15-də digər ərazilərimizdə olduğu kimi, Ağdərə şəhərində də Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Uğurlu antiterror tədbirlərindən sonra Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2023-cü il tarixində keçirilən iclasında Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi qəbul edildi. Layihəyə əsasən, inzibati ərazi vahidi kimi 13 oktyabr 1992-ci ildə ləğv olunan və ərazisi Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisinin yenidən təşkili, Suqovuşan qəsəbəsinin yenidən Ağdərə rayonunun tərkibinə verilməsi, rayon mərkəzinin Ağdərə şəhəri olması nəzərdə tutuldu. Nəticədə, dövlət başçısının imzaladığı 27 dekabr 2023-cü il tarixli qanuna əsasən, bütöv, suveren Azərbaycan xəritəsində Ağdərə inzibati rayonunun yenidən təşkil olunması prosesinə başlanıldı.
İşğaldan əvvəl Ağdərə rayonunda iki qəsəbə, 57 kənd, 67 klub, 51 kitabxana, 30 orta məktəb, 7 xəstəxana, 1 texniki peşə məktəbi olmuşdur. İşğal illərində beynəlxalq konvensiyalara zidd olaraq ərazidə qeyri-qanuni məskunlaşma aparılıb və yerli toponimlərin hamısı dəyişdirilmişdir. Tərtər çayı üzərində salınmış Sərsəng su anbarı işğal dövründə ermənilər tərəfindən ekoloji terrora məruz qalaraq təhlükə mənbəyinə çevrilmişdi. Tarixi-mədəni abidələr və qədim körpülər, müqəddəs ziyarətgahlar, məzarlıqlar dağıdılaraq yerlə-yeksan edilmişdi. İşğalçı dövlət Ağdərə rayonunun ərazisində bu illər ərzində qanunsuz iqtisadi fəaliyyətlə məşğul olurdu.
Rayon ərazisinin 44 faizini təşkil edən 75 min hektar meşə sahələrinin, Tərtər çayı vadisində xüsusi olaraq qorunan Şərq çinarı meşəliyinin yandırılaraq məhv edilməsi ermənilərin ekologiyaya hansı miqyasda zərər vurduğunu bir daha göstərir. Ağdərə rayonu ərazisində zəngin qızıl və mis ehtiyatlarına malik Qızılbulaq yatağı, sənaye ehtiyatları 37,3 milyon ton dəyərləndirilən qurğuşun yatağı, 40,4 milyon ton sink resurslarına malik Mehmana yatağı, ehtiyatları 100 milyon ton dəyərləndirlən Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yataqları, Şorbulaq-1, Şorbulaq – 2 mişar daşı yataqları, Ağdərə gəc yatağı Ermənistan tərəfindən vəhşicəsinə istismar edilərək xarici investorlara satılmışdı. Hələ 2011-ci ildə Ermənistanın o zamankı energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirmişdi ki, Ağdərə rayonundakı daş kömür yataqlarında ehtiyatların həcmini araşdırmaq üçün tədqiqat işləri aparılır. Onun sözlərinə görə, işlərin hələ başa çatmamasına və bir neçə il davam edəcəyinə baxmayaraq artıq indidən aydındır ki, Dağlıq Qarabağda daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün yetərlidir.
Lakin bütün bunlar Ermənistan hakimiyyətinə və millətçilərinə özlərinin işğal siyasətini sona qədər davam etdirməsini və “dənizdən dənizə böyük ermənistan” yaratmaq kimi xam xəyalların reallaşmasını təmin edə bilmədi.
Müzəffər sərkərdə, rəşadətli ordu birliyi və ümumxalq həmrəyliyi ilə bu gün ərazi bütövlüyünə qovuşmuş Vətənimizin hər guşəsində olduğu kimi, Ağdərənin də əngin səmalarında azadlığın və ilahi ədalətin rəmzi kimi üçrəngli Azərbaycan bayrağı dalğalanır.
Ağdərə rayonunun yenidən yaradılması, Ağdərənin Həsənriz kəndində ilk yaşayış məntəqəsinin salınması, keçmiş məcburi köçkünlərdən ibarət köç karvanının sevinc və qürur hissi ilə Ağdərəyə yola salınması dövlətin qədim yurd yerlərinə olan həssas münasibətinin və diqqətinin göstəricisidir. Rayon ərazisinin əvvəlki qaydada yenidən təşkil olunması, Suqovuşan qəsəbəsinin yenidən Ağdərə rayonunun tərkibinə verilməsi və rayon mərkəzinin Ağdərə şəhəri olması Ağdərə sakinlərini xüsusilə sevindirir. Kənd təsərrüfatı sahəsində üzümçülük, taxılçılıq və heyvandarlıq sahəsində geniş perspektivləri olan Ağdərənin ayrı bir inzibati ərazi kimi yaradılması gələcəkdə təbii ehtiyatlarla zəngin rayonun iqtisadi cəhətdən inkişaf etməsinə də geniş imkanlar yaradır. Ağdərə Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edən bölgə olaraq qısa bir zamanda tam məskunlaşacaq və ölkənin ən gözəl bölgələrindən birinə çevriləcək.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı




Baxış sayı: 205
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031