FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Türkiyə-Azərbaycan qardaşlığına yeni töhfə
7-03-2025, 11:00 | TƏDQİQATLAR-ANALITIKA
Türkiyə-Azərbaycan qardaşlığına yeni töhfə

Dünya düzəninin hazırkı təlatümləri,qeyri-müəyyənlikləri, çağırışları və proqnozlaşdırılması mümkünsüz hala düşmüş meyllərinin təsiri ilə regional münasibtlərin genişləndirilməsi və dərinləşdirilməsi əsas prioritetlərdən birinə çevrilib.Belə bir şəraitdə  bizə dost olan ölkələrlə münüsibətlərimizin dərinləşdirilməsi həm ölkə, həm də regional kontekstdə xüsusis aktuallıq kəsb edir. Bu baxımdan qardaş Türliyə və bizə dost olan ölkələrlə münasibətlərimizi daha da gücləndirmək,genişləndirmək və dərinləşdirmək öbyektiv zərurətə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyevin martın 5-də Ankaraya işgüzar səfəri həmin ideyalara xidmət edən səfərlərdəndir.İki qardaş dövlətin başçıları arasında keçirilən görüşdə regional və qlobal hadisələrin müzakirəsi ilə yanaşı, Azərbaycanla  Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri,qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.Səfər çərçivəsində 25 sentyabr 2023-cü il tarixində Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan İğdır-Naxçıvan təbii qaz kəmərinin bu il martın 5-də Ankarada videobağlantı formatında açılış mərasimi keçirilib. Azərbaycan və Türkiyə dövlət başçıları mərasimdəki çıxışlarında  bir sıra mühüm məsələlərə toxunub və vacib  mesazlar veriblər. 

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bildirib ki, Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir.Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır.Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi.Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu həm ölkələrimiz, həm daha geniş coğrafiya üçün çox gözəl üstünlüklər təmin edir. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir.Türk dünyasının birləşməsi yolunda Türkiyə Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi.Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. 
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan öz çıxışında xüsusi vurğulayıb ki, "Bir millət, iki dövlət" şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır.İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq. Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq. Türkiyə Prezidenti  İğdır-Naxçıvan təbii qaz kəmərinin açılış mərasiminin Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirəcəyinə inamını ifadə edib.

Doğrudan da İğdır-Naxçıvan təbii qaz kəməri layihəsinin reallaşdırılması çox mühüm hadisədir. Kəmər gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək gücünə malikdir ki, bu da Naxçıvanın qaz tələbatını tam şəkildə ödəməyə imkan verir. Bu layihənin reallaşdırılması Azərbaycanın öz resursları vasitəsilə Naxçıvanın birbaşa təbii qazla təmin etməsinə şərait yaradacaq və bu əsasda muxtar respublikanı enerji təhlükəsizliyinin təmin edilməsi sahəsindəki riskləri aradan qaldıracaq. Naxçıvanın qaz təchizatıda  enerji tədarükü şaxələnəcək,yalnız bir mənbədən asılılığı aradan qalxacaq və enerji təhlükəsizliyi möhkəmlənəcək.Ən əsası isə İğdır-Naxçıvan təbii qaz kəməri layihəsinin qısa zaman kəsinində reallaşdırılması Türkiyə-Azərbaycan qardaşlığına çox sanballı yeni töhfədir.

Əli  Məsimli
Milli Məclisin deputatı




Baxış sayı: 190
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30